Almaxanımın atası barədə şok iddia: Görün nələr edib - Foto

21 Noyabr 2025
69208a6774f3c202511255103
893

Son günlər Mədəniyyət Nazirliyinə qarşı qaralama kampaniyası başlayıb. Bir sıra sənət adamları və mədəniyyət nümayəndələri bir şəxsin fonunda nazirliyə qarşı ağır ittihamlar səsləndirirlər. Sənət adamlarının birdən-birə ölkənin ən önəmli qurumlarından birinə qarşı belə ittihamlar səsləndirməsi təəccüblü görünür.

Manşet.az məsələ ilə bağlı bir sıra araşdırmalar aparıb.

Araşdırmalar nəticəsində məlum olub ki, həmin mədəniyyət və incəsənət nümayəndələrinə “ağsaqqallıq” edən nəğməkar şair, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməddir. Onun qızı Almaxanım Əhmədli ilə Mədəniyyət Nazirliyində çalışan Mənzər Nurəliyeva arasında yaranmış şəxsi problem Vüqar Əhməd və qızı tərəfindən bu müstəviyə daşınıb.

Nəzərə alsaq ki, Vüqar Əhməd nəğməkar şairdir və bir çox müğənnilər onun sözlərinə mahnılar ifa edirlər, deməli onun tapşırıqlarının yerinə yetirilməsi də çətin görünmür.

Vüqar Əhmədin və qızı Almaxanım Əhmədlinin təşəbbüsünə bir çox sənət adamları qoşularaq Mədəniyyət Nazirliyinə qarşı əsassız və ağır ittihamlar səsləndiriblər. Xəbər portalımızda bu qrupa məhz Vüqar Əhmədin “ağsaqqallıq” etməsi ilə bağlı təkzibedilməz və əsaslı səs yazısı var.

Həmin sensasion səs yazısını təqdim edirik: