Aktrisanı hamının önündə dodağından öpdü, əri görün necə reaksiya verdi- Foto

12 İyul 2026
687181f2819ff202507252818
15

Azərbaycan Respublikasının Əməkdar artisti, Prezident mükafatçısı, Akademik Opera və Balet teatrının solisti, Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin solo oxu kafedrasının dosenti İnarə Babayeva lent.az-a müsahibə verib. Müsahibə bir hissəsini təqdim edirik:


– İnarə xanım, öncə istərdim sizi  oxucularımıza yaxından tanıdaq.

– Bakıda, İçərişəhərdə doğulub böyümüşəm. Ailəmizdə incəsənət adamı olmayıb. Biləndə ki, ailəmiz lap qədimdən bəy nəsli olub, İçərişəhərdəki 3 mərtəbəli mülk də ondan qalıb, özümü qala divarları arasında şahzadə kimi hiss eləməyə başladım. Uşaqlıqdan xəyalən özümü səhnələrdə görməyə başlamışdım. Yadıma gəlir güzgü qabağında durub özümü təqdim edirdim? Oxuyur qızıl paltarda Xalq artisti İnarə Babayeva. 


– Ailənizdə sizdən başqa musiqiçi var?

– Həyat yoldaşım musiqiçidir. Qızımın 20 yaşı var, yaxşı bəstəkar aranjemançıdır, amma kompüter mühəndisi olmağa qərar verib. 6 dil bilir. Oğlum 5 dil bilir, hələ 10 yaşı var. Yaxşı piano çalır. 


– 30 ildir səhnədəsiniz. Xalq artisti adı üçün gec qaldığınızı düşünmüsünüz?

Əlbəttə istərdim. Uşaqlıqdan özümü xalq artisti kimi təqdim edirdimsə, bu hədəfə doğru gedirəm demək (gülür). Xidmətlərim də az deyil. Azərbaycanda “Leyli və Məcnun”u  aşıqlarla ilk dəfə mən səhnələşdirmişəm, uşaq müziklini mən qurmuşam, həm quruluşçu rejissor, həm ifaçı kimi fəaliyyətim olub. AzTV-də həm solist, həm rejissor kimi fəaliyyət göstərirəm. Opera sənətimiz barədə kitablarım var, dayanmadan yaradıcılıqla məşğulam… Düşünürəm ki, hər əmək mütləq öz bəhrəsini verir.


– 30 illik sənət həyatınız var dediniz. Yəqin ki, maraqlı xatirələr də az deyil.


Bir dəfə də xaricdə “Bohema” da oynayırdım. Rola görə aktyor məni öpməli idi. Bakıda biz öpüşü imitasiya edirdik. Xarici aktyorla tərəf müqabili idim, heç gözləmədən məni həqiqətən dodağımdan öpdü. Çaşdım və uzun müddət özümə gələ bilmədim. Tamaşaçı zalında həyat yoldaşım da oturmuşdu və mənim çaşqınlığım üzümə yazılmışdı.

– Əriniz nəsə dedi?

– Yox, bəlkə həmin anı tamaşaçılar da imitasiya kimi görmüşdülər.


Qeyd: İnarə Babayeva 1977-ci ildə Bakı şəhərində anadan olub. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının solo oxuma fakültəsində ali təhsil alıb, magistraturanı başa vurduqdan sonra 2005-ci ildə isə akademiyanın aspiranturasını fərqlənmə ilə bitirib. Opera və kamera ifaçısı, vokal müəllimi ixtisasına yiyələnib. Xaricdə və ölkəmizdə 30-dan çox operada əsas partiyaları ifa edib.

.