Ziya Məmmədov illər sonra üzə çıxdı: Heç kim tanımadı - Foto

05 Aprel 2026
69d20ed9df13b202604262721
777
Ötən gün Gülüstan sarayında sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovun nəvəsi Elyarın toy məclisi keçirilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, toyda sabiq nazir də iştirak edərək təbriklərini çatdırıb.

İşdən çıxarıldıqdan sonra Ucar rayonunda məskunlaşan Z.Məmmədov çıxışında vəzifə pillələrində keçdiyi yoldan bəhs edib.

Qeyd edək ki, toyu keçirilən Elyarın atası Namiq Məmmədov (Nəriman Məmmədovun oğlu) 2020-ci ilədək Baş prokurorun böyük köməkçisi olub. O, həmin il prokurorluqda başqa vəzifəyə keçirilib, daha sonra isə işdən çıxıb. Hazırda özəl şirkətlərdən birinə rəhbərlik edir.