Zaurun verilişinin yerinə baxın nə nümayiş edildi - Foto

20 Mart 2026
69bad9d93e6e9202603265905
148

Xəbər verdiyimiz kimi, ARB TV-də yayımlanan Xoşqədəm Hidayətqızının "Səni axtarıram", Zaur Kamalın "Həmin Zaur", ATV-də isə Zaur Baxşəliyevin "Bizimləsən" proqramlarının yayımı dayandırılıb. 

Artıq ötən gün proqramlar yayımlanmayıb. 

ARB TV-də "Səni axtarıram"ın əvəzinə "Söhbət var", "Həmin Zaur"un yerinə isə "İzzət şou"nun təkrarı gedib. ATV-də isə "Bizimləsən" verilişinin saatında "Bəxt üzüyü" filmi göstərilib. 

Qeyd edək ki, ATV kanalında "Rəngarəng" proqramının da yayımı dayandırılıb. / Axşam.az