Zaurdan sonra Xoşqədəmin verilişi də bağlandı

17 Mart 2026
69b9a8e140a66202603261753
113

ARB telekanalında kadr və proqram dəyişiklikləri ilə bağlı qərar qəbul edilib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, sabahdan etibarən tanınmış aparıcılar Xoşqədəm Hidayətqızı və Zaur Kamalın müəllifi olduqları verilişlərin yayımı dayandırılır.

Qeyd edək ki, sözügedən aparıcıların verilişlərinin efirdən yığışdırılması ilə bağlı məlumatlar bir müddətdir özəl mənbələr tərəfindən iddia olunurdu.

ARB telekanalının mətbuat xidməti məlumatı saytımıza təsdiqləyib.