“Yeni ildə hamı fişəngə baxmağa gedəndə biz evdə xanımımızla namaz qılıb, Allaha şükür edirdik” - Ağamirzə

  • Maqazin
  • 27 Mart 2025
67ad9818dc9e9202502255832
  • Oxunub: 777

Tanınmış meyxana ustadı Ağamirzə (Məmmədov) özünə aldığı hədiyyə ilə gündəmə gəlib. Meyxanaçı “ATV”də yayımlanan “Rəngarəng” verilişində özünə Kərbəladan kəfən gətirtdiyini deyib.

“Kərbəladan özüm üçün kəfən gətirtmişəm, qəbrimi də qazdırıb hazır saxlamışam.

Bu, mənə məxsus olan şeydir. Qalan şeylər gəlib, gedəcək. Özümə ən böyük hədiyyəm budur. “Yeni il”də hamı fişəngə baxmağa gedəndə biz evdə xanımımızla namaz qılıb, Allaha şükür edirdik”, – o bildirib. //pravda.az

Oxşar xəbərlər
Tapılmadı