Xoşqədəmin ondan ayrı qalan oğlu ortaya çıxdı: Dedikləri heyrətə gətirdi

10 Fevral 2026
698b0fc8f3891202602260024
2429

Z. Qocayev TikTok-da canlı yayım zamanı izləyicilərin suallarını cavablandırıb.

O, bildirib ki, onu bu günə qədər böyüdən nənəsi olub: "Mənim üçün nənəm anamdan da əzizdir. Məni böyüdən, saxlayan bir insandan danışırıq. Bundan sonra nənəmlə bağlı mövzulara toxunmaq istəmirəm, bu barədə verilən sualları cavablandırmayacağam. Çünki istər-istəməz pis oluram. Bu, işimə də təsir edir. İşə gedəndə fikirli oluram. Hətta 2-3 gün əvvəl işdən xəbərdarlıq aldım. Dedilər ki, Zaur bəy, yaxşı deyilsiniz, fikriniz başqa yerdədir. Mənə hörmət edən insanlar canlı yayımda istədikləri mövzuda sual verə, danışa bilərlər, problem yoxdur. Alnım açıq, üzüm ağdır. Yaxından tanıyanlar yaxşı bilirlər ki, məni böyüdən, saxlayan, tərbiyə verən nənəm olub. Heç kimdən incik deyiləm, hər kəslə ünsiyyətim var, sadəcə müəyyən bir sərhəd daxilində". / bakupost.az