Xalq artistinin xanımının çimərlikdəki görüntüləri xoş qarşılanmadı - FOTO

Azərbaycanın Xalq artisti Yusif Eyvazovun həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebko ailəsi və yaxın dostları ilə birlikdə tətil üçün İtaliyaya yollanıb.

Opera və vokal ifaçısı qısa şort və "top"da dənizdə və dəniz sahilində çəkdirdiyi fotolarını izləyiciləri ilə bölüşüb.

Şəkillərdə verdiyi bir-birindən çılğın pozları ilə diqqətləri üzərinə çəkən Netrebko paylaşımına "Ancaq dəniz və günəş həqiqətən gücü bərpa edir" şərhini yazıb.

Qeyd edək ki, həyat yoldaşı Yusif Eyvazov Dövlət Akademik Opera və Balet Teatrına rəhbər vəzisəfəsinə təyin olunduqdan sonra Anna Netrebko paytaxt Bakının qonağı olmuşdu. / bizim media