Vüsalə kimlə ailə qurur? - Elçilik olub
07 May 2026
1542
“Son zamanlar bu sözdən utanıram desəm, məni qınamayın: hər sevgilisindən, ərindən ayrılan bəzən heç qarşı tərəfin xəbəri belə olmadan uşağı dünyaya gətirib yanına alır. Bəziləri isə lap betər. Əri olduğu halda gizli, yüngül həyat tərzi yaşayıb, “mən güclü qadınam” deyir. Nə savad, nə sənət var. Bir peşənin sahibi deyil. Nəyinlə güclü qadın olursan, bəs?”.Bu sözləri aparıcı Vüsalə Əlizadə sosial şəbəkədə izləyicilərinin suallarını cavablandırarkən yazıb. O, övladını tək böyütməsi haqda yazılanlara münasibət bildirib:“Bu, bir ayrı mövzudur. Təbii ki, bu, hər kəsə aid deyil. Övladı ilə tək qalan qadının birinci işi onu qorumaq olmalıdır. O xahiş etməmişdi ki, məni dünyaya gətir. Sən bunu anladığın anda, məcburiyyətlərini də dərk edirsən. Ya sənətin, diplomun, işin, ya da öhdəsindən gələ biləcəyin bir peşən, qazanc yerin mütləqdir. Ümidlərlə yaşam olmaz. İkinci, heç kimin əsiri, köləsi, əlinə baxan, “vay bu gedərsə, mən nə yeyib içərəm” qorxusu ilə yaşayacaq biri olmamalısan. Qazancının altında yaşam tərzi seçməlisən, üstündə yox. Ev, maşın, geyim, yemək, restoran, uşağın təhsili – bunların hamısı göstəriş yox, özünün edə biləcəyin büdcədə olmalıdır ki, yarıyolda qalmayasan. Sosial şəbəkə çox insanları göstərişli həyata alışdırdı. Bu, uçurumdur. Tanınmaq üçün evlənən, boşanan, evdən qaçan, kimləri görmədik… Çox böyük və vacib mövzudur. Bu dünyada nə şahzadə var, nə də bir öpüşlə şahzadə olacaq qurbağa”.
Vüsalə ikinci dəfə ailə qurmaq istəməsi haqda suala isə belə reaksiya verib:
“Artıq 10 ildir həmişə “mümkün deyil, heç vaxt” deyirdim. He vaxt heç vaxt demə. Bu sözdən çox qorxuram. Ona görə də qismətə buraxdım, yəni axarına. Su axar çuxurunu tapar. Əslində mənim belə bir planım olmayıb. Təklif də olub, elçi də. İlk dəfə daha asandır, nəyinki sonra. İnsan yanılmaqdan, səhv seçim etməkdən qorxur. Həm də övladı olan ana üçün”. / Axşam.az
DİGƏR XƏBƏRLƏR
DAHA ÇOX
Redaktor seçimi
Teymur Əmrah ailə qurmamasının səbəbini açıqladı
10.06.2026 00:19:00
Prezident nəvəsi ilə - Foto
05.02.2026 08:03:00
Zəhradan Mədət Quliyevdən boşanma iddialarına reaksiya - Foto
24.01.2026 09:02:00
Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ! - İlham Əliyev
22.01.2026 00:57:00
Xəbər Lenti
Məsciddə yığılan pullarla müğənnilərə qızıl alınıb - Şok iddia
12.09.2026 11:24
Maqazin
Ev, qızıl, paltar, səyahət istədikləri üçün 30-35 yaşlı kukla kimi, göyçək qızlar evdə qalıb
03.09.2026 14:10
Maqazin
Ərim işə gedəndə məni öpməsə... - Qumraldan etiraf
30.08.2026 00:53
Maqazin
Elşən Xəzər Azərbaycandan getdi - Bu ölkəyə köçdü
28.08.2026 11:14
Cəmiyyət
Niyam xaricdən meymun sifariş etdi
27.08.2026 01:18
Maqazin
600 maaş alanı nə edirəm, ayaqqabılarım elə 600 manatdır - Müğənnidə biabırçı sözlər
27.08.2026 00:57
Maqazin
Tanınmış müğənni həmkarının ərinə sevgi mesajı yazdı - Cütlük ayrıldı
27.08.2026 00:50
Maqazin
Tanınmış şəxslərin toya şortiklə gəlməsi tənqid edildi - Video
26.08.2026 12:34
Cəmiyyət
Şəbnəm Tovuzlu tanınmaz halda - Foto
26.08.2026 09:41
Maqazin
Ofelyanın ərinin önündə diz çökdüyü görüntülər müzakirə edildi - Video
25.08.2026 13:12
Maqazin