Verilişi bağlanan Tolik: Efirlər maraqsız olub
Verilişi bağlanan Tarix Əliyev yenidən gündəm yaratmağa çalışıb.
Aparıcı, efirlərə qoyulan qadağalardan sonra televiziyaların maraqsız olduğunu iddia edib.
O bildirib ki, şou xəbər yazan jurnalistlər mövzu tapa bilmir:
“Görürəm ki, “instagram”da xəbər səhifələrində, şou xəbərləri yazanlarda ümumiyyətlə bir durğunluq var. Çünki efirə çıxan bu günün bəzi müğənniləri sizlərə maraqlı deyil, onlar haqqında yazmağa mövzu tapmırsınız. Amma yenə də yalandan özünüzə nəsə gündəm düzəltməyə çalışırsınız.
İcazə verin, bir az dincəlim. Mənim “Səmimi” verilişim YouTube-da yenə partlayacaq, yenə gündəmi zəbt edəcək. Sadəcə bir az istirahətə ehtiyacım var. Çünki etiraf edim ki, hazırda həyatım çox huzurludur. Az qalıb”.
Tolik, efirləri və hazırda verilişlərə çıxan sənətçiləri məsxərəyə qoyub:
“Bir zamanlar hər gün efirə çıxanlara gülüb, onları məsxərəyə qoyanlar bu gün özləri hər gün verilişlərdədirlər. Səhər bir verilişdə, günorta başqa bir, axşam isə yenə başqa bir proqramda görünürlər. Görəsən bu nəyin göstəricisidir?
Doğrusu, efirlər çox gülməli vəziyyətə düşüb. Çox gülməli…” / Showmedia.az
Redaktor seçimi
Prezident nəvəsi ilə - Foto
Zəhradan Mədət Quliyevdən boşanma iddialarına reaksiya - Foto
Teymur Əmrah ailə qurmamasının səbəbini açıqladı