Verilişdə müğənninin alt paltarının qiymətini soruşur, ayağını yuxarı qaldırıb... - Rəzalət

22 Noyabr 2026
6921cf8a00eca202511255818
15

"Öz aramızda" verilişinin növbəti buraxılışında qonaq olan opera ifaçısı, Milli Konservatoriyanın müəllimi Taleh Yahyayev aparıcıların verilişlərdəki davranışlarını sərt şəkildə tənqid edib.

Sənətçi efirdə bildirib:

"Elə aparıcılar var ki, az qala müğənninin alt paltarının qiymətini də soruşsunlar. Bu cür şeylərlə reytinq qazanmağa çalışmaq ayıb deyil? Efirə çıxan müğənninin ayağını yuxarı qaldırıb, etiketinə baxım qiymeti neçədir, deyirsən. Guya xəbərləri yoxdur, amma əvvəlcədən danışılıb".

Verilişin digər qonağı, müğənni Qumral isə belə hallarda günahın çox vaxt sənətçilərin üzərinə atıldığını deyib:

"Aparıcılar 'verilişi maraqlı edək' deyə, bizi qiymət açıqlamağa məcbur edirlər. Sonra da şərhlərdə bütün tənqidlər bizə yazılır. Ağza gələni yazırlar".

Hər iki sənətçinin fikirləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. / Milli.az