Vəfanın yeni sevgilisi baxın kim imiş - Video
Müğənni Afət Fərmanqızı ifaçı Vəfa Şərifova barədə danışıb. O, Vəfanın münasibət qurduğu şəxs barədə danışıb.
Qeyd edək ki, müğənni Vəfa Şərifova "Rəngarəng" verilişində qonaq olarkən şəxsi həyatı ilə bağlı maraqlı və səmimi açıqlamalar verib.
Sənətçi bildirib ki, heç vaxt müğənni ilə ailə qurmağı düşünməz:
"Bu, qadın üçün çox çətin olar. Qadının ətrafında çox kişi ola bilər, amma o, birini sevərsə, problem olmaz. Lakin bu, kişilər üçün keçərli deyil. Kişinin ətrafında çox qadının olması təhlükəlidir. Kişi başqa bir qadınla sınaqdan heç vaxt üzüağ çıxmaz".
Vəfa Şərifova şəxsi həyatı ilə bağlı hazırda tək olduğunu da açıqlayıb:
"Böyük danışmayım, ayrılmışam və tək qadınam. Ailə qursam, bu, gizli olmayacaq. Necə ki, bir insanı ölkəyə məşhur etmişəmsə, istəsəm də növbəti addımımda o kəs gizli qalmayacaq. Ağ gəlinlikdə gəlin köçərəm. Etməyəcəyəmsə, niyə ailə qururam".
Müğənninin bu fikirləri sosial şəbəkələrdə maraqla qarşılanıb və müxtəlif müzakirələrə səbəb olub. / Milli.az
Redaktor seçimi
Prezident nəvəsi ilə - Foto
Zəhradan Mədət Quliyevdən boşanma iddialarına reaksiya - Foto
Teymur Əmrah ailə qurmamasının səbəbini açıqladı