Vahid Qədim itkin düşdü

26 Fevral 2026
69a0a1a40b383202602264020
161

Rusiya-Ukrayna müharibəsində Rusiya ordusunun tərkibində döyüşlərə qoşulan, tanınmış meyxanaçı Vahid Qədim Luqansk istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Bununla bağlı iddia sosial şəbəkələrdə yayılıb.

Rusiyada yaşayan dostunun məlumatına görə, Vahid Qədimlə sonuncu dəfə 20 gün öncə əlaqə saxlayıb. Tanınmış meyxanaçı Luqansk istiqamətinə getdiklərini bildirib və daha sonra onunla əlaqə kəsilib.

Qeyd edək ki, bir müddət öncə mediada məlumat yayılmışdı ki, meyxanaçı Vahid Qadim Rusiyada sevgilisin bıçaqlıyıb. / Yenisabah.az