Vahid Mustafayev uşaq pulu barədə danışdı: Hamını susdurdu
30 May 2026
7761
ANS-in qurucusu, jurnalist Vahid Mustafayev uşaq pulu məsələsilə bağlı:
Azərbaycanda 14 yaşına çatmamış 2 milyondan çox uşaq var. Dövlət hər birinə ayda 100 azn müavinat versə, bu büdcəyə ayda 200 milyon AZN, ildə isə 2,5 milyard çox vəsaitə başa gələcək. Üstəlik, hökumət qorxur ki, insanlar uşaqpulu üçün sistemdən istifadə edər (korrupsiya və digər saxta müavinətlər), əmək bazarında passivlik yaranar, dövlət daimi ağır öhdəlik altına girər.
Bu qorxuların müəyyən iqtisadi əsası var. Amma problem ondadır ki, Azərbaycan uzun illərdir bu məsələni yalnız xərc kimi hesablayır, heç bu məsələ ilə bağlı digər vacib sualı vermir: Bəs uşaqpulunun verilməməsinin qiyməti nə qədərdir?
Bəli, uşaqpulunun verilməməsinin də qiyməti var:
- Demoqrafik geriləmə, ailələrin dağılması, doğum səviyyəsinin azalması;
- Kölgə iqtisadiyyatının böyüməsi, rəsmi maaşların gizlədilməsi;
- Sosial aqressiya, gənclərin ölkədən getməsi və nəticə olaraq ölkənin sürətlə qocalması.
Bu gün Almaniya, İsveç, Norveç, Fransa, Yaponiya və hətta doğum böhranı yaşayan Cənubi Koreya uşağa dövlət dəstəyi verir.
Çünki müasir dövlətlər artıq uşağa “xərc” kimi yox, gələcəyin vergi ödəyicisi, alimi, mühəndisi, müəllimi, həkimi və bu dövləti düşmənlərdən qoruyan əsgəri kimi baxırlar. Bir uşaq bəzən gələcəkdə on illərlə dövlət büdcəsini dolduracaq iqtisadi subyektə çevrilir.
Bir uşaq bəzən gələcəkdə Şərqdə ilk Azərbaycan Demokratik Respublikasını yaradan Məhəmməd Əmin Rəsulzadə olur.
Uşaqlı ailələr maaşlarından tutulan gəlir vergisinin müəyyən hissəsindən azad edilə bilər.
İşsiz valideynlərə minimum əmək haqqının müəyyən hissəsi qədər müvəqqəti uşaq dəstəyi verilə bilər.
Bir daha təkrarlamaq istəyirəm - Dövlətin ən böyük sərvəti neft deyil — o tükənir. Qızıl deyil — o satılır. Şirkətlər deyil — onlar müflisləşə bilir. Siyasi ittifaqlar deyil — onlar dəyişir. Dövlətin ən böyük sərvəti insandır. İnsanın ən böyük davamı isə uşaqlardır.
DİGƏR XƏBƏRLƏR
DAHA ÇOX
Redaktor seçimi
Teymur Əmrah ailə qurmamasının səbəbini açıqladı
10.06.2026 00:19:00
Prezident nəvəsi ilə - Foto
05.02.2026 08:03:00
Zəhradan Mədət Quliyevdən boşanma iddialarına reaksiya - Foto
24.01.2026 09:02:00
Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ! - İlham Əliyev
22.01.2026 00:57:00
Xəbər Lenti
Boşanan qadının həyat tərzi monitorinq edilməlidir - Şok təklif
07.08.2026 23:12
Cəmiyyət
Damlanın oteldəki görüntüləri qalmaqala səbəb oldu - Video
06.08.2026 22:32
Cəmiyyət
Əməkdar artist açıq geyimdəki görüntüləri müzakirə edildi - Video
06.08.2026 22:30
Cəmiyyət
Tanınmış sənətçinin etik olmayan görüntüləri - Foto
06.08.2026 22:28
Cəmiyyət
Vətəndaşlarımız 300-500 manat konsertə pul verə bilirsə, demək ki, imkan var - Nadir
06.08.2026 22:04
Cəmiyyət
Arxa ilə trend olmurlar: Efirdə şok sözlər - Video
02.08.2026 01:27
Cəmiyyət
Müğənninin etik olmayan davranışları tənqid edildi - Video
02.08.2026 01:15
Cəmiyyət
Kişi ilə tanış olanda əvvəlcə bədəninin o yerinə fikir verirəm: Şok etiraf - Video
02.08.2026 01:01
Cəmiyyət
Küçük İbo illər sonra üzə çıxdı: Yeni halı təəccübləndirdi - FOTO
01.08.2026 23:52
Cəmiyyət
Aynur Dadaşova əməliyyatla görkəmini dəyişdi – Foto
31.07.2026 01:25
Cəmiyyət