Türkiyə nəhəngindən təklif - Qurbanov getmək istəyir

  • Digər
  • 18 Mart 2024
65f7f21fd92f5202403244951
  • Oxunub: 499

Türkiyənin "Beşiktaş" klubu Qurban Qurbanovla maraqlanır.

Bu barədə "Fotospor" portalı məlumat yayıb.

Bildirilir ki, İstanbul klununun futbol direktoru Samet Aybaba Leverkuzendə keçirilən Avropa Liqasının "Bayer" - "Qarabağ" matçını izləyib. O, "Qarabağ"da Abdullah Zubir və Juninyonu bəyənib. Üstəlik baş məşqçi Qurban Qurbanovun oyun stili Samet Aybabanın diqqətini çəkib.

İddia olunur ki, 2008-ci ildən "Qarabağ"ı çalışdıran Qurban Qurbanov 16 il sonra komandadan ayrılmağı və karyerasını Super Liqada davam etdirməyi planlayır.

O da qeyd edilir ki, hazırkı çalışdırıcı Fernandu Santuşdan sonra "Beşiktaş"ın baş məşqçisi postuna ən layiqli namizəd Qurban Qurbanov hesab olunur. / Qaynarinfo

Oxşar xəbərlər
Tapılmadı