Türkiyə müharibəyə qoşulacaq? - Ərdoğan elan etdi

24 Mart 2026
69c2d5a57ed1d202603261917
224

"Türkiyə regiondakı mövcud münaqişədən kənarda qalmağa qərarlıdır".

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada deyib.

Ərdoğan bildirib ki, ABŞ-İsrail-İran müharibəsindən dünyada 8 milyard insan əziyyət çəkir.

"İran ətrafındaki hərbi eskalasiya davam etdikcə onun fəsadları, zərərləri artacaq. Son günlərdə baş verənlər göstərir ki, münaqişənin acı nəticələrini bütün dünya hiss edəcək".

O həmçinin qeyd edib ki, terrorsuz Türkiyəni sarsıtmaq cəhdləri lazımi cavabı alacaq.

"Qarşılaşdığımız maneələrə baxmayaraq, 17 aydır böyük ehtiyatla apardığımız prosesi hədəfinə çatdıracağıq". / Teleqraf.az