Toy səhəri gedib qızının vəziyyətini yoxlayan atalar var - Sənətçi

17 Dekabr 2025
6933c5a721169202512255655
595

Bir neçə ay əvvəl qızını gəlin köçürən bədii qiraətçi Natiq Dağlaroğlu mövzu ilə bağlı maraqlı açıqlamalar verib.

Sənətçi bildirib ki, övladlarını həmişə düzgün tərbiyə etdiyini düşünür və qızının yeni ailəsinə uyğunlaşmasını vacib sayır:

"Mən elə övladlar böyütməmişəm. Qız gəlin köçdüyü evə əvvəlcə uyğunlaşmalıdır, sonra atasını görməlidir. O artıq mənim qızım deyil, amma canımdan candır. Artıq qayınana-qayınatasına öyrəşməlidir. Zəngini belə açmıram. Toy səhəri gedib qızının vəziyyətini yoxlayan atalar var. Bu, doğru deyil. Qızım rahatlığını tapandan sonra lazım olsa, bir gündə 10 dəfə gedərəm", - deyə o bildirib.

Daha sonra proqrama telefonla bağlanan qızı atasının sözlərini təsdiqləyib:

"Atamın 5 qızı var, amma məni fərqli böyüdüb. Qız deyil, oğul olmuşam. Hər zaman atamla çiyin-çiyinə olmuşuq".

Ata və qızının bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirə olunub. / Milli.az