Tolikdən Rəşid Mahmudov barədə sərt sözlər – Ağzının danışığını bilmir

26 Fevral 2026
69a092877da09202602263551
263

Tarix Əliyevin (Tolik) verilişlərin birində pafoslu çıxışı sosail mediada müzakirələrə səbəb olub.

Aparıcı bəzi alim və politoloqları öz işləri ilə məşğul olmağa çağırıb.

O bildirib ki, alimlərdən biri cəmiyyət arasında nüfuzuna yaraşmayan söz işlədib:

“Toyların birində Eltona deyir ki, sən çox səviyyəli müğənnisən. Bu toyda bir dənə də “cındır” mahnı oxumadın. Bu kəlmə alimə yaraşan sözdür? Siz hələ ağzınızın danışığını bilmirsiniz. Siz mənə nə elm öyrədə bilərsiniz? Sizi ona görə yuxarı başa qoyublar ki, guya siz düz danışansınız. Amma Vallah siz müğənniləri görəndə yaltaqlıq edirsiniz. Bəsdirin, gəlin özümüz olaq. Hərə öz sahəsində gözəldir”.

Qeyd edək ki, Tarix Əliyev ad çəkməsə də, müğənni Elton Hüseynəliyevlə bağlı çıxışı Rəşid Mahmudov etmişdi. / Showmedia.az