Tolikdən qadağa: Fotomu o xanımla yanaşı paylaşmayın

09 Mart 2026
69aef71d3f6b6202603263645
39

Xəbər verdiyimiz kimi, bu gündən etibarən teleaparıcı Könül Muxtarova Space TV kanalında yayımlanan "Sevilən səhər" verilişinin aparıcısı kimi fəaliyyətə başlayıb. O, hər səhər saat 09:30-dan etibarən 3 saat canlı yayımda tamaşaçıların qarşısına çıxacaq.

Xatırladaq ki, həmin saatda daha əvvəl Tolikin aparıcılığı ilə "Tarixin bir günü" verilişi yayımlanırdı. Aparıcı dəyişikliyindən sonra sosial mediada Toliklə Könül Muxtarovanın şəkilləri birlikdə paylaşılıb.

Tolik bu paylaşımlara etiraz edərək sosial şəbəkədə sərt açıqlama yayıb: "Buradan sonuncu dəfə xəbərdarlıq edirəm. Mənim şəkilimi hansısa aparıcı ilə paylaşaraq özünüzə reytinq qazandırmağa çalışmayın. Könül bizim dostumuzdur və onun gəlməsində mənim də rolum olub. Amma buna görə mənim şəkilimi icazəsiz paylaşmaq heç kimə haqq vermir. Kimdə mənim şəkilimi görsəm, həmin səhifə barədə rəsmi şəkildə şikayət edəcəyəm". / Musavat.com