Tolik "mamarozalıq" edir - Alçaldıcı sözlər

23 Fevral 2026
699c26fa800a6202602260754
659

Tarix Əliyev Səidə Sultanı narkotik istifadə etməklə ittiham edib. Müğənni isə aparıcını qadın alverçisi olaraq qələmə verib.

Səidə Sultanın yerli telekanalları və aparıcıları kəskin tənqid etməsi ilə başlanan qalmaqal hələ də tərəflərin bir-birinə ismarıcları ilə davam edir.

Tarix Əliyev bildirir ki, Səidə onu “mamarozalıqla” ittiham edib:

“100 faiz sənin yanındakıları, əzizlərini satmışam. Bu sözlərə görə də cavab verəcəksən. Sənin kimi narkamanlar bu günə qədər xalqa özünü mələk kimi təqdim edib. Heç olmasa, sən danışma. Sən birinci dişlərinə, damarlarına bax. Sənsən ki narkamanları tərifləyib yaxşı oğlanlar adlandırırsan. Sən hansısa lotulara güvənirsənsə, mən də dövlətimə güvənirəm. Sən onlardan hansılarlasa mənə söz göndərməyə çalışırsan. Onlar da qorxularından mənə zəng vurmur.

Qadın adına ləkə olan bir insan, efirləri bəyənmirsənsə, niyə Zaura deyirsən ki, verilişinə gəlim? Sən bu ölkədə kimsən? Mənə üz qarası deyirsən, sən nəslinin üz qarasısan. Bu ölkədə Azərbaycan qadınına məsləhət verəcək ən axırıncı qadın sənsən. Ləyaqətsizsən, şərəfsizsən. Hər sözünə görə səni məhkəməyə verəcəm. Rahat-rahat danış”.

Qeyd edək ki, tərəflər “Tik-tok” platformasında yayımlanan canlı efirdə bir-birinə əxlaqsız ifadələr işlədib. Səidə Sultanı “narkoman” adlandıran aparıcı Tarix Əliyev onları sakitləşdirməyə çalışan Xalq artisti Brilyant Dadaşovanın sözlərinə məhəl qoymayıb. Səidə Sultan aparıcını “sakitləş” deyərək susdura bilmədiyini görüb ona “erməni xislətli, sənin arxanda kim dayanıb” deyərək, söyüş söyüb. / Showmedia.az