Tolik etiraz etdi - Elgizi də efirə qaytarın

10 Mart 2026
69afcb1809eb8202603264112
234

Aparıcı Tarix Əliyev yenidən efir qadağaları ilə bağlı danışıb.

Yayımı dayandırılan verilişlərdən birinin yenidən efirə qayıtması Tarix Əliyevin acığına gəlib.

O sosial media hesabında buna etiraz edib:

“Bir neçə gün əvvəl status paylaşmışdım ki, bəzi verilişlər bağlanıb. Amma görünən odur ki, bu kanalın rəhbərliyi özünə sərf edən verilişləri yenidən efirə qaytarır və düşünür ki, buna heç kim heç nə deyə bilməz.

Sabah həmin kanalın proqramlar rəhbərinin şəklini paylaşacağam və onun bu məsələdə hansı oyunlardan çıxdığını ictimaiyyətə açıq şəkildə açıqlayacağam. Ondan sonra hara istəyirsə, müraciət edə bilər.

Əgər bu ölkədə qanun varsa, qanun hamı üçün eyni olmalıdır. Bir veriliş efirə qayıdırsa, ondan daha böyük auditoriyası olan Elgiz də efirə qayıtmalıdır”. / Showmedia.az