TikTok-da qazanmaq asan deyi -Özünü qoymusan axırıncı yola - Pərvin Abıyeva
“Münasibətimiz heç vaxt düzəlməyəcək. İnsan dalaşar, qəlbini də qırar. Lakin sərhədi keçmək, ailəyə toxunmaq olmaz”.
Kanal.az Olay.az-a istinadən xəbər verir ki, bu sözləri “Space Maqazin”ə açıqlamasında aktrisa Pərvin Abıyeva qalmaqal yaşadığı aparıcı Azər Zahid haqda deyib.
Pərvin söyləyib ki, Azərlə bir də barışmayacaq:
“Ailə üzvlərinin adını çəkdinsə, deməli, özünü qoymusan axırıncı yola. Mənim üçün budur. Buna görə də mən onu heç bağışlamaram. Düzü heç ehtiyacı da yoxdur. Mən oldum, ya olmadım, nə fərqi? Ya da mənə nə fərq edir. İkimiz də bir-birimiz üçün lazımsız insanlarıq. Tipik Azərdir də. Həmişəki kimi cığal, paxıl”.
TikTok-da canlı yayımlar açan məşhurları tənqid edənlərə gəlincə aktrisa bunları söyləyib:
“Onu bacara bilməyənlər deyirlər. Orada oturduğun yerdə jeton qazanmaq asan deyil. Cəlb etmək, özünü sevdirmək lazımdır. Aç canlı yayımı, otur, lakin səni tanımayandan sonra kim hədiyyə atacaq? Bütün dünya TikTok-dadır. Mənə TikTok bağlansa, az fərq edir. Sadəcə başımı qatıram. Lakin həmin sosial şəbəkələrdə pul qazanan insanlar var ki, kasıbçılıqdan normal şəraitli yaşayışa keçib. Ona görə istəmərəm ki, bağlansın. Bilirsiz ki, vergi də ödənilir. Mənim TikTok-un puluna ehtiyacım yoxdur. Həmin gəliri ya xeyriyyəyə, ya da hədiyyəyə çevirib canlı yayımda digər istifadəçilərə göndərirəm.
Maşınıma gəlincə... 350 min manat deyil. Daha da bahadır. Lakin mümkünsüz bir şeydir ki, TikTok-un pulu ilə maşın alasan. Bəlkə yığıb-yığıb edə bilərsən. Amma bir il ərzində etmək mümkün deyil. 2-3 minə reklam edirəm. Sadəcə bir instaqram postu 3 mindir. Deyirəm, başlayacaqlar ah-nalə, qarğış etməyə. Lakin burada gizlədiləsi heç nə yoxdur. Kor-kor gör-gördür. Yarışlarla bağlı dələduzluq olduğu üçün artıq etmirəm. Çünki insanlara söz vermişdim. Onun qarşılığını özüm də görə bilmədim. Bir də o işə girişmərəm”.