Təyyarə silkələndi, sərnişinləri sakitləşdirdim - 4 dil bilən Milli Qəhrəman Hökumə Əliyeva barədə maraqlı faktlar
09 Noyabr 2025
1256
Hökumə Əliyeva Kəlbəcərin Susuzluq kəndində doğulmuşdu. İki yaşında doğma yurdundan məcburi köçkün düşmüşdü.
O, qeyri-adi yaddaşa və biliyə malik olub. Orta məktəbdə oxuyanda biliyinə və çalışqanlığına görə bütün sinif yoldaşlarından fərqlənirdi.
Xaraktercə çox mülayim, mehriban imiş.
O, yüksək (612) balla BDU-nun hüquq fakültəsinə daxil olmuşdu. Bu, Hökumənin gənc qohumlarını çox həvəsləndirmişdi. Onlar da ali təhsil almağa həvəslənmişdilər. Hökumə Əliyevanın elmi dərəcə almaq üçün dissertasiya müdafiə etməsinə çox az qalmışdı. Əzmlə oxuduğu doktorantura təhsili üzrə diplomunu almaq ona qismət olmadı.
Hökumə Əliyeva fransız, rus, ingilis, hətta yəhudi dilini mükəmməl bilirdi. Bununla belə, evdə asudə vaxtlarında digər dilləri də öyrənirmiş. O, həyat yoldaşına əcnəbi dilləri öyrənməyi təklif edib və söz verib ki, dil öyrənməkdə ona kömək edəcək.
Həyat yoldaşı Etibar Əliyev: “2019-cu ildə tanış olsaq da müharibə, pandemiya və digər səbəblərdən 2 il sonra ailə qurduq.
Çox xoşbəxt idik. Təbii, hər ailədə müəyyən çətinliklər olur, amma çətinliklərin öhdəsindən çox yaxşı gəlirdik. Hökumə oxumağa, elmə üstünlük verirdi. Asudə vaxtlarında kitab oxuyurdu”.
O, son vaxtlar uşaqlar üçün kitab yazırdı.
Hökumə Əliyevanın həyat yoldaşına dediklərindən: “Təyyarə səmada olarkən müəyyən hava boşluqları olur. Belə olduqda təyyarə silkələnməyə başlayır, sərnişinlər təşvişə düşür. Mən onda da hər kəsi sakitləşdirmişəm. Hamıya hər şeyin yaxşı olacağını bildirmişəm”.
Lakin növbəti belə hadisə zamanı hamını sakitləşdirsə də, qəza labüd oldu. O, cəsarəti və fədakarlığı ilə Azərbaycanın üçüncü qadın Milli Qəhrəmanı oldu. Ən böyük arzularından biri ana olmaq idi, istəyi ürəyində qaldı.
Polşada adına təqaüd proqramı təsis olunub. Qazaxıstanda istehsal olunan zirehli hərbi ambulansa Hökumə xanımın adı verilib.
Müəllif/ Anar Tağıyev
DİGƏR XƏBƏRLƏR
DAHA ÇOX
Redaktor seçimi
Prezident nəvəsi ilə - Foto
05.02.2026 08:03:00
Zəhradan Mədət Quliyevdən boşanma iddialarına reaksiya - Foto
24.01.2026 09:02:00
Teymur Əmrah ailə qurmamasının səbəbini açıqladı
24.01.2026 00:19:00
Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ! - İlham Əliyev
22.01.2026 00:57:00
Xəbər Lenti
Zaur efirdən gedir: Yoruluram artıq
17.02.2026 10:51
Cəmiyyət
Alt paltar geyinirsiz? - Aktyora etik olmayan sual - Video
17.02.2026 09:29
Cəmiyyət
Açıq-aşkar etiraf etdi - "Boşanmalar bizə görə artıb"
17.02.2026 00:45
Cəmiyyət
Bayram Nurlu siyasətə qoşulur? - Deputatın partiyasına...
16.02.2026 19:55
Cəmiyyət
Bu ölkə zaurların, xoşqədəmlərin, coliklərin ölkəsi deyil: Rədd edin efirdən bunları - Şok sözlər
16.02.2026 17:37
Cəmiyyət
Afət tanınmış sənətçinin qızı imiş - Video
16.02.2026 15:58
Cəmiyyət
Mənə intim təkliflər edirlər: Deyirlər ki... - Faiqdən şok etiraf
16.02.2026 01:03
Cəmiyyət
Zaurdan 28 ildir boşanan müğənniyə qeyri-etik sual - Video
16.02.2026 00:49
Cəmiyyət
Qurbanov üsyan etdi: "AFFA-da bunu görmürlər?"
16.02.2026 00:27
Cəmiyyət
Tanınmış aparıcı efirə ədəbsiz geyimdə çıxdı - Foto
15.02.2026 23:06
Cəmiyyət