Televiziya kazino deyil, dəyər itirərək qazanılan pul, əslində itkidir - Nailə İslamzadə verilişlərə üsyan etdi

22 Fevral 2026
699b09548f0e5202602264908
78

Əməkdar artist Nailə İslamzadə müğənnilərin efirlərdə qaldırdıqları iradlara qoşularaq sərt paylaşım edib.

Aparıcı bir neçə televiziya kanalının verilişləri səviyyəsiz müğənnilər dəvət etdiyini və veriliş boyu onların bir-birini tənqid etməsinin efirin keyfiyyətinə ciddi ziyan olduğunu bildirib.

“43 ildir televiziyada çalışıram, indiki durum heç vaxt olmayıb. Televiziya sadəcə ekran deyil, kollektiv şüurun laboratoriyasıdır. Orada nəyi göstərirsənsə, sabah cəmiyyət onu təkrar edir. Qalmaqal reytinq gətirə bilər, amma reytinq mədəniyyət deyil. Əgər efir meydanı səsi, sənəti, zəhməti olmayanların bir-birini aşağıladığı platformaya çevrilirsə, bu artıq əyləncə yox, estetik deqradasiyadır. Televiziya kazino deyil. Dəyər itirərək qazanılan pul, əslində itkidir”, – deyə aparıcı vurğulayıb. / Showmedia.az