Təəssüf ki, xalqımıza... - Xalq artistinin bağlanan verilişlərə reaksiyası diqqət çəkdi
18 Mart 2026
3519
“Məni yandıran, ağrı-acı verən bir fakt var idi – bu verilişlər. Hər zaman həmin proqramların ünvanına münasibətimi açıq şəkildə bildirmişəm. Nəhayət ki, rahatlandım – o verilişlər bağlandı. Əslində isə o aparıcılar barəsində cinayət işi açılmalı idi. Lakin sadəcə verilişlərin bağlanması ilə kifayətlənildi. Təəssüf ki, xalqımıza, mənəviyyatımıza xeyli ziyan vurduqdan sonra bu addım atıldı. Amma atalar demişkən, zərərin yarısından qayıtmaq da xeyirdir. Buna da şükür!”
Bu sözləri Xalq artisti Şeyx Əbdül Mahmudov Musavat.com-a deyib.
Xalq artisti bağlanan bu proqramların əvəzinə daha yüksək səviyyəli, intellektual və maarifləndirici layihələrin hazırlanmasının vacibliyini vurğulayıb: “Bəzi ağzıgöyçəklər rəsmi dairələrdə deyirdilər ki, həmin aparıcılar məhz o verilişlər vasitəsilə dolanırlar, çörək pulu qazanırlar. Verilişlər bağlansa, onların aqibəti necə olacaq? Mən isə cavab verirdim ki, əgər bir-iki nəfər Azərbaycanın əxlaqına, mənəviyyatına zərbə vurmaq hesabına dolanacaqsa, belə yaşamağın özü sual altındadır. Nə məcburdurlar?
Yerindən duran, nə səsi, nə də səviyyəsi olan, əxlaq çərçivəsini aşan insanları efirə çıxarıb eybəcər, bayağı məzmunlu verilişlər hazırlayırdılar. Kimisi ailəsini dağıdıb efirə gəlir, kimisi öz şəxsi həyatını nümayiş etdirir, bəziləri isə süni görüntülərlə gündəmdə qalmağa çalışırdı. Bütün bunlar efirdə təbliğ olunurdu. Əxlaqsızlıq normaya çevrilirdi. Tamaşaçı isə buna baxmağa vadar edilirdi – kim boşandı, kim evləndi, kim qalmaqal yaratdı... Azərbaycan xalqını məsxərəyə qoyurdular, onu bayağı şounun predmetinə çevirirdilər.
Halbuki əvvəllər televiziyada çox səviyyəli, maarifləndirici, zövq formalaşdıran verilişlər hazırlanırdı. İndi nə oldu? Bu xalqın estetik zövqü hara getdi? Mən hesab edirəm ki, bu, təsadüfi deyil – bu, milli düşüncəyə qarşı yönəlmiş təşkil olunmuş zərbədir. Dövlət Təhlükəsizlik Xidməti bu kimi məsələlərə nəzarəti daha da gücləndirməlidir”.
Şeyx Əbdül aparıcılıq sənətinin hər kəsə aid olmadığını xüsusi vurğulayıb: “Aparıcılıq ilahi istedad tələb edən bir sənətdir. Burada heç bir güzəşt ola bilməz. Bir qarın çörəyə görə əxlaqımızı, namusumuzu ayaq altına ata bilmərik. Üstəlik, həmin aparıcılar etdiklərindən utanmır, əksinə, sonradan bahalı həyat tərzlərini nümayiş etdirirlər.
Televiziyada yalnız istedadlı, savadlı, milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşan insanlar yer almalıdır. O proqramlar efirdə qalmalıdır ki, cəmiyyətə fayda versin, mənəviyyatı yüksəltsin. Aparıcı ən azı üç dil bilməlidir ki, müxtəlif mövzular üzrə analitik izahlar verə bilsin.
Bizim milli adət-ənənələrimiz, zəngin irsimiz, muğamımız, zərb-məsəllərimiz, dahi şəxsiyyətlərimiz var – bunlarla bağlı onlarla maraqlı, səviyyəli veriliş hazırlamaq mümkündür. Sadəcə istək və peşəkarlıq lazımdır. Hesab edirəm ki, bağlanan verilişlərin aparıcıları öz səhvlərini dərk edib yenidən formalaşa bilsələr, intellektual səviyyələrini artıra bilsələr və özlərinə uyğun, dəyərli mövzular tapa bilsələr – buyursunlar, efirə qayıtsınlar”.
DİGƏR XƏBƏRLƏR
DAHA ÇOX
Redaktor seçimi
Teymur Əmrah ailə qurmamasının səbəbini açıqladı
10.06.2026 00:19:00
Prezident nəvəsi ilə - Foto
05.02.2026 08:03:00
Zəhradan Mədət Quliyevdən boşanma iddialarına reaksiya - Foto
24.01.2026 09:02:00
Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ! - İlham Əliyev
22.01.2026 00:57:00
Xəbər Lenti
Bazarda meyvəni sayla alır, 50 qəpiyə görə dava edir - Xalq artisti haqda şok
25.06.2026 01:25
Cəmiyyət
Toyda Nəfəslə tanınmış müğənni arasında canlı ifaya görə dava düşdü - Foto
25.06.2026 01:20
Cəmiyyət
Məşhurlar alt paltarda - Foto
24.06.2026 01:01
Cəmiyyət
Öz ərinə dözə bilməyənlər başqasının ərinin kaprizini çəkir - Sərt sözlər
23.06.2026 10:53
Cəmiyyət
Müğənninin hamamdakı görüntüsü müzakirələrə səbəb oldu - Foto
21.06.2026 17:13
Cəmiyyət
Kişi həm pul qazanmalı, həm də evdə paltar yuyub sərməlidir - Tanınmış müğənnidən olay sözlər
20.06.2026 09:15
Cəmiyyət
Xalq artistinin qızı açıq geyimi ilə müzakirə yaratdı - Video
18.06.2026 21:58
Cəmiyyət
“Kids Academy by British School”da məktəbəqədər qrupların Məzun Günü keçirilib
18.06.2026 19:48
Cəmiyyət
Tanınmış müğənni pula görə yaşlı kişi ilə münasibət qurduğunu etiraf etdi - Foto
17.06.2026 18:35
Cəmiyyət
Müğənni Nüşabədən şok açıqlama: Şəbnəmin “həci”si ilə… – VİDEO
17.06.2026 01:19
Cəmiyyət