Təəssüf ki, xalqımıza... - Xalq artistinin bağlanan verilişlərə reaksiyası diqqət çəkdi
18 Mart 2026
332
“Məni yandıran, ağrı-acı verən bir fakt var idi – bu verilişlər. Hər zaman həmin proqramların ünvanına münasibətimi açıq şəkildə bildirmişəm. Nəhayət ki, rahatlandım – o verilişlər bağlandı. Əslində isə o aparıcılar barəsində cinayət işi açılmalı idi. Lakin sadəcə verilişlərin bağlanması ilə kifayətlənildi. Təəssüf ki, xalqımıza, mənəviyyatımıza xeyli ziyan vurduqdan sonra bu addım atıldı. Amma atalar demişkən, zərərin yarısından qayıtmaq da xeyirdir. Buna da şükür!”
Bu sözləri Xalq artisti Şeyx Əbdül Mahmudov Musavat.com-a deyib.
Xalq artisti bağlanan bu proqramların əvəzinə daha yüksək səviyyəli, intellektual və maarifləndirici layihələrin hazırlanmasının vacibliyini vurğulayıb: “Bəzi ağzıgöyçəklər rəsmi dairələrdə deyirdilər ki, həmin aparıcılar məhz o verilişlər vasitəsilə dolanırlar, çörək pulu qazanırlar. Verilişlər bağlansa, onların aqibəti necə olacaq? Mən isə cavab verirdim ki, əgər bir-iki nəfər Azərbaycanın əxlaqına, mənəviyyatına zərbə vurmaq hesabına dolanacaqsa, belə yaşamağın özü sual altındadır. Nə məcburdurlar?
Yerindən duran, nə səsi, nə də səviyyəsi olan, əxlaq çərçivəsini aşan insanları efirə çıxarıb eybəcər, bayağı məzmunlu verilişlər hazırlayırdılar. Kimisi ailəsini dağıdıb efirə gəlir, kimisi öz şəxsi həyatını nümayiş etdirir, bəziləri isə süni görüntülərlə gündəmdə qalmağa çalışırdı. Bütün bunlar efirdə təbliğ olunurdu. Əxlaqsızlıq normaya çevrilirdi. Tamaşaçı isə buna baxmağa vadar edilirdi – kim boşandı, kim evləndi, kim qalmaqal yaratdı... Azərbaycan xalqını məsxərəyə qoyurdular, onu bayağı şounun predmetinə çevirirdilər.
Halbuki əvvəllər televiziyada çox səviyyəli, maarifləndirici, zövq formalaşdıran verilişlər hazırlanırdı. İndi nə oldu? Bu xalqın estetik zövqü hara getdi? Mən hesab edirəm ki, bu, təsadüfi deyil – bu, milli düşüncəyə qarşı yönəlmiş təşkil olunmuş zərbədir. Dövlət Təhlükəsizlik Xidməti bu kimi məsələlərə nəzarəti daha da gücləndirməlidir”.
Şeyx Əbdül aparıcılıq sənətinin hər kəsə aid olmadığını xüsusi vurğulayıb: “Aparıcılıq ilahi istedad tələb edən bir sənətdir. Burada heç bir güzəşt ola bilməz. Bir qarın çörəyə görə əxlaqımızı, namusumuzu ayaq altına ata bilmərik. Üstəlik, həmin aparıcılar etdiklərindən utanmır, əksinə, sonradan bahalı həyat tərzlərini nümayiş etdirirlər.
Televiziyada yalnız istedadlı, savadlı, milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşan insanlar yer almalıdır. O proqramlar efirdə qalmalıdır ki, cəmiyyətə fayda versin, mənəviyyatı yüksəltsin. Aparıcı ən azı üç dil bilməlidir ki, müxtəlif mövzular üzrə analitik izahlar verə bilsin.
Bizim milli adət-ənənələrimiz, zəngin irsimiz, muğamımız, zərb-məsəllərimiz, dahi şəxsiyyətlərimiz var – bunlarla bağlı onlarla maraqlı, səviyyəli veriliş hazırlamaq mümkündür. Sadəcə istək və peşəkarlıq lazımdır. Hesab edirəm ki, bağlanan verilişlərin aparıcıları öz səhvlərini dərk edib yenidən formalaşa bilsələr, intellektual səviyyələrini artıra bilsələr və özlərinə uyğun, dəyərli mövzular tapa bilsələr – buyursunlar, efirə qayıtsınlar”.
DİGƏR XƏBƏRLƏR
DAHA ÇOX
Redaktor seçimi
Teymur Əmrah ailə qurmamasının səbəbini açıqladı
12.03.2026 00:19:00
Prezident nəvəsi ilə - Foto
05.02.2026 08:03:00
Zəhradan Mədət Quliyevdən boşanma iddialarına reaksiya - Foto
24.01.2026 09:02:00
Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ! - İlham Əliyev
22.01.2026 00:57:00
Xəbər Lenti
Təəssüf ki, xalqımıza... - Xalq artistinin bağlanan verilişlərə reaksiyası diqqət çəkdi
18.03.2026 23:15
Cəmiyyət
Elnarə Abdullayevanın həyat yoldaşı baxın kim imiş - Foto
18.03.2026 21:11
Cəmiyyət
Zaur televiziyadan gedib? - Aqibəti bəlli oldu
18.03.2026 21:05
Cəmiyyət
Verilişi bağlandığı deyilən Lalənin bu davranışı diqqət çəkdi - Foto
18.03.2026 16:33
Cəmiyyət
Bu tanınmış aparıcı efirə qaytarıldı
18.03.2026 13:31
Cəmiyyət
Onlar getdi Nanə isə efirə qayıtdı
18.03.2026 13:24
Cəmiyyət
Aparıcılardan sonra növbə onlara çatdı: Onlar da efirdən yığışdırılır
18.03.2026 12:49
Cəmiyyət
Həmin fotodakı qadın baxın əslində kim imiş: Xainlərin planı ifşa edildi - Video
18.03.2026 10:50
Cəmiyyət
Tanınmış sənətçilərdən Zaurun verilişinin bağlanmasına sürpriz reaksiya
18.03.2026 10:35
Cəmiyyət
Zaurdan sonra Xoşqədəmin verilişi də bağlandı
17.03.2026 23:17
Cəmiyyət