Tanınmış idmançının sənətçi ilə görüntüləri yayıldı - Video

09 Aprel 2026
69dcd8a58f03a202604265101
1849

Məşhur idmançı, fitnes məşqçisi Yusif Nurullayev paytaxt məkanlarından birində görüntülənib.

Məşqçinin tanınmış oriental rəqqasə Aygün Babayeva ilə olan videosu sosial şəbəkələrdə sürətlə yayılaraq müzakirələrə səbəb olub.

Görüntülərdə Yusif Nurullayevın məkanların birində istirahət etdiyi, həmin vaxt rəqqasənin onun üçün ifa etdiyi rəqsi izlədiyi əks olunub. Videoda məşqçinin rəqqasəyə pul verdiyi anlar da diqqətdən yayınmayıb.

Sosial şəbəkə istifadəçiləri yayılan görüntülərə fərqli reaksiyalar veriblər. Bəziləri bunu adi əyləncə kimi qiymətləndirsə də, digərləri məşqçinin davranışını tənqid edərək müxtəlif fikirlər səsləndiriblər.

Qısa zamanda geniş yayılan video çoxsaylı baxış və şərh toplayaraq gündəmin diqqət çəkən mövzularından birinə çevrilib. / Milli.az