Tanınmış aparıcı barəsində yayılan xoş olmayan iddialara belə reaksiya verdi - Foto

08 Fevral 2026
69888a056e0f7202602260509
887

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və AzTV-nin aparıcısı Alidə Mustafayevanın boşanması barədə məlumatlar yayılıb.

Tanınmış teleaparıcı bu məlumatlarla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

"Media nümayəndələrini məlumatları paylaşmazdan əvvəl rəsmi mənbələrlə yoxlamağa, peşə etikası və məsulliyət prinsiplərinə riayət etməyə çağırıram. Dezinformasiyanın yayılması hüquqi və ictimai məsuliyyət yaradır", - deyə Alidə Mustafayeva yazıb.

Xatırladaq ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov isə məsələ ilə bağlı hər hansı açıqlama yaymayıb, lakin sosial media paylaşımları ilə aparıcı ilə ayrılmadığını əyani nümayiş etdirib.

O, Alidə Mustafayevanın AzTV-də aparıcısı olduğu xəbər proqramından kəsilmiş kadrları öz sosial media səhifəsində yayımlayıb. / Ölkə az