Tahir İmanov hamıdan bunu tələb etdi

30 Sentyabr 2025
68db97aa4ed39202509254114
11760

Əməkdar artist Cabir İmanovun nəşi Əbu-bəkr məscidinə gətirilib. Sənətçi ilə vidalaşmaq üçün yaxınları, sevənləri məscidin həyətinə toplaşıb. Əməkdar artist Tahir imanov vəfat edən qardaşının cənazə namazında jurnalistlərin çəkiliş etməsinə icazə verməyib.

O, hər kəsdən dinimizə uyğun davranmağı xahiş edib.

Hamınızdan Allah rzası üçün xahiş edirəm, zəhmət olmasa çəkilişləri dayandırın. Siz buradan çıxmayınca, mən cənazəni çıxarmayacağam. Çəkilişləri dayandırın, hər şey dinimizə uyğun olsun. Bunlar dinimizə uyğun deyil. Mən halallıq vermirəm. Cabirin ailəsi halallıq vermir. Kim namaz qılmaq istəyir, qala bilər”, - deyə, İmanov bildirib.

Jurnalistlər isə onun istəyini yerə salmayıb. / Olay.az