Subay olduğu deyilən aparıcı Tolik ata oldu - Foto

  • Cəmiyyət
  • 08 May 2025
681bc157b21c1202505252351
  • Oxunub: 2226

Aparıcı-prodüser Tarix Əliyev ata olub.
Bu barədə onun dostları paylaşım edib.
Tolik bu gün qızı Milanaya “40 gün” məclisi keçirib.
Şou-biznes nümayəndələrini başına toplayan prodüser məclisdən görüntüləri instaqramda paylaşıb.

Hətta müğənni Vəfa Şərifova Tolik və qucağında körpə ilə fotonu paylaşaraq “Gözün aydın, ay Tolik. Bəxtəvər balalardan olsun”, - sözlərini yazıb.

Şairə Nazilə Səfərli Tolik və qızı ilə şəklinə “Milana qızım, evimizə xoş gəldin! Allah səni atana gözü dolusu versin! Tolik, qızın fırt eyləyib burnundan düşüb. Kopya sən. Allah heç kimin qucağını boş qoymasın. Tolik də ata oldu çox şükür. Özünü yaxşı apar bəlkə qızını nəvəmə aldım”, - deyə qeyd edib. / Bizim.media







Oxşar xəbərlər
Tapılmadı