Su təminatını artırmaq əvəzinə özlərinə yeni bina tikdilər- Sərt tənqid
26 İyul 2025
1148
Məlum olduğu kimi, 10 günə yaxındır Bakının bir çox ərazilərində içməli suyun verilməsində ciddi problemlər yaşanır.
Xüsusən də Yasamal rayonunda, Suraxanı rayon Yeni Günəşli, Qaraçuxur qəsəbələrində, eləcə də şəhərin digər bir çox hissələrində əhaliyə su ya böyük fasilələrlə verilir, ya da ümumiyyətlə verilmir.
Mövzuyla bağlı iqtisadçı Natiq Cəfərli öz sosial şəbəkə səhifəsində paylaşım edib və bu sahəyə cavabdeh olan şəxslərdən cavab istəyib: “2018-ci ilin aprel ayında, Nazirlər Kabinetinin iclasında dedilər ki, Bakı şəhərinin 80%-i sutkada 24 saat su ilə təmin edilib, yaxın 2-3 ildə bu rəqəm 100% olacaq…
2025-ci il, iyul ayı. Bu bəyanatdan 7 il keçib, mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlara görə, Bakının bəzi rayonlarında və ətraf qəsəbələrdə günlərlə su gəlmir, ən yaxşı halda sutkada 2 saat su təminatı olur.
O zamankı adı ilə “Azərsu”-ya tapşırıq verilmişdi ki, Bakının su təminatı 100%-ə çatsın, onlar da gedib özlərinə 250 milyon manata yeni bina tikdilər. Özü də, binaya heç köçə də bilmirlər, yəqin binada su gəlmir, yoxsa köçərdilər.
Tapşırıqları, qərarları yerinə yetirməyən məmurlar niyə cəza almırlar? İndi Bakıda 38-39 dərəcə isti olur, bu istidə camaat susuz nə etsin bəs?!”
DİGƏR XƏBƏRLƏR
DAHA ÇOX
Redaktor seçimi
Teymur Əmrah ailə qurmamasının səbəbini açıqladı
10.06.2026 00:19:00
Prezident nəvəsi ilə - Foto
05.02.2026 08:03:00
Zəhradan Mədət Quliyevdən boşanma iddialarına reaksiya - Foto
24.01.2026 09:02:00
Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ! - İlham Əliyev
22.01.2026 00:57:00
Xəbər Lenti
Azərbaycanlı sənətçinin cazibədar pozaları müzakirə edildi - Foto
05.11.2026 01:20
Maqazin
Anasının başqa kişidən uşağı olub, atası ona soyadını verib - Səidədən ailəsi barədə şok etiraf
30.10.2026 20:24
Maqazin
Samir Bağırov aylar sonra üzə çıxdı - Foto
15.10.2026 08:43
Maqazin
Kişilər xəyanət edirsə, qadınlar da etməlidir - Aydandan qalmaqallı sözlər
27.09.2026 22:48
Maqazin
Qadın 30 yaşı keçdisə işə yaramır - Rövşanə
27.09.2026 22:45
Maqazin
Bakıda qadın erotik səs gələn qonşunun qapısını döydü - Gördüklərinə inanmadı
27.09.2026 22:34
Maqazin
8 arvadı 7 sevgilisi olan 63 yaşlı şəxs: Dayanmayacam, yenə istəyirəm - Foto
27.09.2026 22:33
Maqazin
Özündən 17 yaş böyük qadınla evlənən bəy toy gecəsi şok yaşadı - Səhər ayılan kimi… - Şok
27.09.2026 22:27
Maqazin
Tanınmış sənətçinin Bakının mərkəzində çəkdiyi foto olay oldu
27.09.2026 22:25
Maqazin
Xalası qızı ilə evdə tək qaldı: Hisslərinə hakim ola bilmədi - Şok təfərrüat
27.09.2026 22:22
Maqazin