Simic kişi kimin nəyinə lazımdır? Onu necə yanında kişi kimi görə bilərsən?”

19 Mart 2026
69b9081e38f35202603265158
147

Ülviyyə Xəlilbəyli: “Kişi əliaçıq olar. Simic kişi kimin nəyinə lazımdır? Onu necə yanında kişi kimi görə bilərsən?”

Bu sözləri aktrisa verilişlərdən birinə qonaq olarkən qeyd edib. Onun fikirləri izləyicilər arasında müzakirəyə səbəb olub. Çoxluq qadınlar isə simic kişi ilə yaşamağın çətinliyindən bəhs edib.

Ülviyyə Xəlilbəyli isə bildirib ki, bu sözlərində kimisə kiçiltmək məqsədi yoxdur:

“Mən düşünürəm ki, kişi güc baxımından qadından üstün olmalıdır. Əgər maddi olaraq yoxdursa, mənəvi olaraq güclü olmalıdır. Mən həyatımdakı insandan maddi və mənəvi güclü olsam, o mənim gözümdə cılızlaşır. Başqasında necə olduğunu bilmirəm. Bəlkə buna görə tənqid də olunacam, amma məndə belədir. Eyni zamanda nə hiss edirəmsə, onu deyirəm. Lap maddi olaraq güclüdür, amma mənəvi olaraq zəifdirsə, o da cılızdır. Balansı tutmaq lazımdır”. / Showmedia.az