Sevgilisinin adını telefonda "Teymur" yazdı - Həyat yoldaşı gələn mesajı oxuyanda şok oldu
12 Sentyabr 2025
1151
Deməli, rayonların birində bir sahibkarın Bakıda sevgilisi var, adı Telli. Sahibkar da bunun adını telefonda “Teymur Bakı” yazıbmış. Bir neçə gün öncə həmin “Teymur Bakı” sahibkara zəng vurub ki, məni Xankəndinə apar. Bu da evdə arvada deyib ki, bəs, məni Bakıya sahibkarların konfransına çağırırlar. Adam arvadı inandırıb çıxıb aradan Xankəndiyə. Xankəndidə restoranda ağızlarından köpük gələnə qədər içəndən sonra, gecə vaxtı çıxıblar şəhərə. Şəhərin mərkəzində qız uzanıb asfaltın üstünə, başlayıb qışqırmağa. Sərxoş sahibkar da əsəbiləşib, başlayıb qızın üstünə qışqırmağa. Hadisəni görən Xankəndi sakinləri polisə məlumat verib, polis hadisə yerinə gəlib hər iki şəxsi saxlayıb, barələrində inzibati protokol tərtib edibHadisədən xəbər tutan media məlumatı yayıb. “Teymur Bakı” ilə sahibkar sevgilisi qayıdıblar Bakıya. Sahibkar da ordan gəlib evlərinə. Axşam sahibkarın sevgilisi xəbər tutub ki, bəs, bütün media onların Xankəndidəki hoqqasından yazır. Gecə saat 2-də həmin “Teymur Bakı” sahibkara mesaj yazıb: “Həyatım, bu xəbərləri necə sildirək saytlardan? Biabır olmuşam e” Sahibkar həmin vaxtı yatdığından mesajı evdə arvad oxuyub və kişini yuxudan oyadıb ki, bu “Teymur Bakı” kimdi? Kişi də yuxulu-yuxulu, özünə arxayın vəziyyətdə qayıdıb ki, o gün məni Bakıya konfransa çağıran kişi. Arvad qayıdıb ki, səni konfransa çağıran kişi sənə niyə “Həyatım” deyir? İndi kişi qalıb pis vəziyyətdə. Desə ki, o adam Teymurdu, arvadda şübhə yaranacaq ki, əri cinsi azlıqdır, kişi sevgilisi var. Yox əgər desə ki, onun adı Tellidir, bu lap biabırçılıq olacaq. Sahibkar 3 gündü “Araz market” də and içmək üçün bir dənə də çörək qoymayıb, hər gün 150 çörək alıb, and içir ki, özünü sudan-quru çıxarsın))
Samir Əli
DİGƏR XƏBƏRLƏR
DAHA ÇOX
Redaktor seçimi
Teymur Əmrah ailə qurmamasının səbəbini açıqladı
10.06.2026 00:19:00
Prezident nəvəsi ilə - Foto
05.02.2026 08:03:00
Zəhradan Mədət Quliyevdən boşanma iddialarına reaksiya - Foto
24.01.2026 09:02:00
Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ! - İlham Əliyev
22.01.2026 00:57:00
Xəbər Lenti
Ağlım olsaydı, heç Günayla toy etməzdim - Zaurdan etiraf
03.07.2026 13:47
Maqazin
Zaur və Günay toya bu qiymətə gedir - Şok rəqəm
03.07.2026 00:49
Cəmiyyət
O tanınmış sənətçi ilə eşq yaşayırmış - Foto
30.06.2026 23:59
Cəmiyyət
Bakıda iki sənətçi bazara etik olmayan geyimdə gəldi - Video
30.06.2026 14:43
Cəmiyyət
Bakıda yüzlərlə insanın sığına biləcəyi bunkerə girildi: Şok mənzərə ilə üzləşdilər - Foto
30.06.2026 14:05
Cəmiyyət
Elgiz Xalq artistinin paltarında efirə çıxdı: Hamının içində biabır etdilər
29.06.2026 14:40
Cəmiyyət
Sənətçinin oteldə çəkilən etik olmayan görüntüləri olay oldu - Video
29.06.2026 01:15
Cəmiyyət
Bu aparıcılar efirə qaytarılır? - İddia
28.06.2026 11:34
Cəmiyyət
Tünzalə Ağayevanın keçmiş həyat yoldaşının xanımı üzə çıxdı - Video
26.06.2026 19:47
Cəmiyyət
Atanın zibillikdən kağız toplayaraq oxutduğu qızı birinci oldu - Foto
25.06.2026 13:45
Cəmiyyət