Sevgilisinin adını telefonda "Teymur" yazdı - Həyat yoldaşı gələn mesajı oxuyanda şok oldu
12 Sentyabr 2025
1110
Deməli, rayonların birində bir sahibkarın Bakıda sevgilisi var, adı Telli. Sahibkar da bunun adını telefonda “Teymur Bakı” yazıbmış. Bir neçə gün öncə həmin “Teymur Bakı” sahibkara zəng vurub ki, məni Xankəndinə apar. Bu da evdə arvada deyib ki, bəs, məni Bakıya sahibkarların konfransına çağırırlar. Adam arvadı inandırıb çıxıb aradan Xankəndiyə. Xankəndidə restoranda ağızlarından köpük gələnə qədər içəndən sonra, gecə vaxtı çıxıblar şəhərə. Şəhərin mərkəzində qız uzanıb asfaltın üstünə, başlayıb qışqırmağa. Sərxoş sahibkar da əsəbiləşib, başlayıb qızın üstünə qışqırmağa. Hadisəni görən Xankəndi sakinləri polisə məlumat verib, polis hadisə yerinə gəlib hər iki şəxsi saxlayıb, barələrində inzibati protokol tərtib edibHadisədən xəbər tutan media məlumatı yayıb. “Teymur Bakı” ilə sahibkar sevgilisi qayıdıblar Bakıya. Sahibkar da ordan gəlib evlərinə. Axşam sahibkarın sevgilisi xəbər tutub ki, bəs, bütün media onların Xankəndidəki hoqqasından yazır. Gecə saat 2-də həmin “Teymur Bakı” sahibkara mesaj yazıb: “Həyatım, bu xəbərləri necə sildirək saytlardan? Biabır olmuşam e” Sahibkar həmin vaxtı yatdığından mesajı evdə arvad oxuyub və kişini yuxudan oyadıb ki, bu “Teymur Bakı” kimdi? Kişi də yuxulu-yuxulu, özünə arxayın vəziyyətdə qayıdıb ki, o gün məni Bakıya konfransa çağıran kişi. Arvad qayıdıb ki, səni konfransa çağıran kişi sənə niyə “Həyatım” deyir? İndi kişi qalıb pis vəziyyətdə. Desə ki, o adam Teymurdu, arvadda şübhə yaranacaq ki, əri cinsi azlıqdır, kişi sevgilisi var. Yox əgər desə ki, onun adı Tellidir, bu lap biabırçılıq olacaq. Sahibkar 3 gündü “Araz market” də and içmək üçün bir dənə də çörək qoymayıb, hər gün 150 çörək alıb, and içir ki, özünü sudan-quru çıxarsın))
Samir Əli
DİGƏR XƏBƏRLƏR
DAHA ÇOX
Redaktor seçimi
Prezident nəvəsi ilə - Foto
05.02.2026 08:03:00
Zəhradan Mədət Quliyevdən boşanma iddialarına reaksiya - Foto
24.01.2026 09:02:00
Teymur Əmrah ailə qurmamasının səbəbini açıqladı
24.01.2026 00:19:00
Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ! - İlham Əliyev
22.01.2026 00:57:00
Xəbər Lenti
Açıq-aşkar etiraf etdi - "Boşanmalar bizə görə artıb"
17.02.2026 00:45
Cəmiyyət
Bayram Nurlu siyasətə qoşulur? - Deputatın partiyasına...
16.02.2026 19:55
Cəmiyyət
Bu ölkə zaurların, xoşqədəmlərin, coliklərin ölkəsi deyil: Rədd edin efirdən bunları - Şok sözlər
16.02.2026 17:37
Cəmiyyət
Afət tanınmış sənətçinin qızı imiş - Video
16.02.2026 15:58
Cəmiyyət
Mənə intim təkliflər edirlər: Deyirlər ki... - Faiqdən şok etiraf
16.02.2026 01:03
Cəmiyyət
Zaurdan 28 ildir boşanan müğənniyə qeyri-etik sual - Video
16.02.2026 00:49
Cəmiyyət
Qurbanov üsyan etdi: "AFFA-da bunu görmürlər?"
16.02.2026 00:27
Cəmiyyət
Tanınmış aparıcı efirə ədəbsiz geyimdə çıxdı - Foto
15.02.2026 23:06
Cəmiyyət
Gülay Zeynallıdan ailəsi ilə bağlı paylaşım - Foto
15.02.2026 21:19
Cəmiyyət
Mehriban Əliyevanın rəzil etdiyi "Qadın Emin" baxın kim imiş - Video
15.02.2026 19:56
Cəmiyyət