Səidə Rüfətin aparıcılıq etməsini tənqid etdi

06 Mart 2026
69aa614148a95202603260817
504

Jurnalist Səidə Bəkirqızının meyxanaçı Rüfət Nasosnu ilə bağlı sözləri müzakirələrə səbəb olub.

O, meyxanaçının aparıcılıq etməsini tənqid edib.

Səidə Bəkirqızı, “Yəni təsəvvür edirsiniz kimlər çıxır efirə? Rüfət bəy gözəl meyxana ustadı ola bilər. Bədahətən gözəl sözləri ola bilər. Amma aparıcı deyil. Sanki kimi boş görürlərsə, yaxud kim efirə 3-5 manat gətirə bilərsə, bəzilərini də zorla, elə bilki tutub sürüyürlər efirə. Televiziyanı sirkə döndəriblər”, – deyə bildirib.

Qeyd edək ki, meyxanaçı Rüfət Nasosnu “Kanal S” televiziyasında aparıcılıq edir. / Showmedia.az