Səidə Bəkirqızının 16 saniyəlik çıxışında 3 səhv tutdu - Video

19 Yanvar 2026
696b117e05d46202601263510
643

Radio aparıcısı, bədii-qiraətçi Kəmalə Onur aparıcı Səidə Bəkirqızını tənqid edib.

Aparıcı Səidə Bəkirqızı aparıcısı olduğu “Bax Da” verilişində deyib:

“Mənə dedilər ki, səni dilçilər, televiziya tənqidçiləri bəyənir. Ən yüksək səviyyədə bəyənilən aparıcısan. Diksiyava, danışıq tərzivə görə. Necə olur ki, Murad Dadaşov səni bəyənmir? Dedim ki, hamı-hamını bəyənmək zorunda deyil. Məni Murad Dadşov bəyənməyəndə heç nə itirmirəm, amma Qulu Məhərrəmli, Etibar Babayev bəyənməyəndə, çox şey itirirəm”.

Kəmalə Onur Səidə Bəkirqızının çıxışını sosial media hesabında paylaşaraq yazıb:

“Videonu Səidə xanıma bu sözləri deyənlər üçün paylaşıram. “Diksiyava” yox, “diksiyana”, “danışıq tərzivə” yox, “danışıq tərzinə”, “zorunda deyil” yox, “məcburiyyətində deyil” demək lazımdır. Bu hələ cəmi 16 saniyədə baş verənlərdir. Təşəkkür”. / Qlobal.net