Səidə barədə sərt sözlər - 3 günün gəlini olan müdirini...
Bloqer Sevinc Hüseynova jurnalist Səidə Bəkirqızının sözlərinə sərt cavab verib.
Səidə Bəkirqızının boşanan ekspertlər haqda danışıb ad çəkmədən Sevinc Hüseynovaya söz atmasına bloqer od püskürüb.
Səidə Bəkirqızı sosial media hesabında açdığı canlı yayım zamanı söyləyib ki, iki dəfə ərə gedib boşanan, normal ailə qura bilməyən bəzi “ekspertlər” çıxıb başqalarına ağıl verirlər:
“Təsəvvür edin, mən boşanmışam, gedib otururam məsələn Zaur Baxşəliyevin verilişində və başqa boşanan birinə deyirəm ki:
“Qızım, gözəlim, niyə boşanırsan? Ailəni dağıtmaq olmaz, ailə müqəddəsdir.
Bu zaman həmin qız da mənə sual verməlidir:
Sən özün ailəni niyə qoruya bilmədin? Niyə altı ay, bir il belə ailə həyatını saxlaya bilmədin?”
Sevinc Hüseynova jurnalistin bu sözlərinə qarşılıq olaraq onun haqqında sərt iddialar irəli sürüb:
Sənin hünərin mənim adımı çəkməyə çatmasa da, mən şəxsən sənin adını çəkirəm. Çünki sənin kimi gah nala, gah mıxa vurmuram. Mən atam yaşlı kişinin sayəsində özümə cehiz alıb ərə getməmişəm. Mən üç günlüyümdə ayağımda şap-şapla gəlib müdiriyyətimi iş yerində axtarmamışam. Görəsən, niyə müdür lazım olsun ki, bir üç günlük gəlinə? Mən müdürüm olan kəsin otağına girib orada Allah bilir nə hoqqa verdikdən sonra otaqdan çıxıb üstümü başımı, ağzımın pamadasını düzəltməmişəm, məsələn. Mən ədəbimlə, əxlaqımla ərə keçmişəm, ədəbimlə də əxlaqımla da ayrılmışam. Bu gün də əxlaqımla yaşayıram.
Boşanmış qadın axmaqdır, ya pozğundur?! Boşanmış qadın 99% halda elə ağıllı qadındır ki, ömrünü hədər yerə çürütmür. Vaxtında ayrılır və həyatına davam edir! Danışığına bundan sonra fikir ver!”. / Showmedia.az
Redaktor seçimi
Prezident nəvəsi ilə - Foto
Zəhradan Mədət Quliyevdən boşanma iddialarına reaksiya - Foto
Teymur Əmrah ailə qurmamasının səbəbini açıqladı