Səidə Akif Nağını sərt tənqid etdi: Evində ondan istifadə edir
02 Fevral 2026
1920
“Kostyum geyinib, özlərini kişi kimi göstərirlər. Amma anlamırlar ki, əsl kişi qadını sosial şəbəkədə söyməz. Bu adamlarda məndə olan mərdliyin heç bir faizi də yoxdur. Akif Nağı barəmdə təhqiramiz fikirlər səsləndirib. Belə çıxır ki, o, evində də bu sözlərdən istifadə edir. Əks halda o cür kəlmələr onun dilinə yad olardı”.
Bunu musavat-a açıqlamasında teleaparıcı Səidə Bəkirqızı Azad Vətən Partiyasının sədri Akif Nağının sosial media hesabında onu təhqir etməsindən danışarkən deyib.
O bildirib ki, keçmiş məcburi köçkünlərlə bağlı mövzunun yenidən qızışmasına səbəb aparıcı Ulvira Qarayevaya verdiyi müsahibə olub. Orada verdiyi açıqlama cəmiyyətdə yenidən müzakirə mövzusuna çevrilib və təhqirlərə yol açıb:
“Mən həmin müsahibəni Ulvira Qarayevaya noyabr ayında vermişdim. Ulvira həmin verilişdə məcburi köçkünlər mövzusunu açaraq, üzərimdən özünə reytinq yığmaq istədi. Halbuki, mən verilişə gələrkən çəkiliş öncəsi ondan xahiş etdim ki, bu mövzunu açmasın və bu haqda danışılmasın. O, bu xahişimə rəğmən yenə də məcburi köçkünlərlə bağlı sual verdi və mən cavablamaq məcburiyyətində qaldım. Hətta sonra da ona dedim ki, həmin hissəni çıxar. Bir də xəbər tutdum ki, Ulvira elə məhz həmin hisəni ayrıca video halında tirajlayıb.
O anlamadı ki, mən həmin açıqlamada və ondan əvvəlki çıxışımda da bütün məcburi köçkünləri nəzərdə tutmurdum.
Qarabağda ev verilməsinə rəğmən, vaxtı ilə girdiyi evlərdən çıxmayan məcburi köçkünləri nəzərdə tutmuşdum. Onlara demişdim ki, Qarabağa qayıdın. Ümumiyyətlə, fikirlərim o adamlara təsir etdi ki, onun-bunun evinə girmişdi və Qarabağda ev verilsə də çıxmırdı.
Ulvira həmin verilişdə bu mövzunu yenidən qızışdırdı və özünə reytinq yığdı. Ondan sonra Akif Nağı kimi adamlar başladı məni təhqir etməyə. Halbuki, mən daim şəhid ailələrinin yanında olan, qazilərə öz cibindən dərman alan adamam. Bunu nə Ulvira, nə də Akif Nağı edib.
Akif Nağıya gəlincə isə deyirəm ki, partiyasında 5-6 nəfər adam olan birisinin nə haqqı var ki, məni təhqir etsin? Sən mənim haqqımda əxlaqsız söz deyirsənsə, deməli, elə dediyin sözlər sənə aiddir. Akif Nağı, sənin başqa işin yoxdur? İndi də sən üzərimdən reytinq yığırsan? İndi biz də çıxıb sənin haqqında bildiklərimizi danışaq?
Akif Nağı deyir ki, Səidə ermənidir. Onun özünü yoxlamaq lazımdır, emənilərlə qarışığı ola bilər. Parlament seçkilərində nə hoqqalar verirdiniz, hamıya məlumdur”.
DİGƏR XƏBƏRLƏR
DAHA ÇOX
Redaktor seçimi
Teymur Əmrah ailə qurmamasının səbəbini açıqladı
12.03.2026 00:19:00
Prezident nəvəsi ilə - Foto
05.02.2026 08:03:00
Zəhradan Mədət Quliyevdən boşanma iddialarına reaksiya - Foto
24.01.2026 09:02:00
Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ! - İlham Əliyev
22.01.2026 00:57:00
Xəbər Lenti
Kəmalə Günəşlinin bu əmələ görə həbsi tələb edilir - Foto
26.03.2026 14:45
Cəmiyyət
Kəmalə Günəşlinin çox gözəl səsi var - Aparıcının sözləri müzakirələrə səbəb oldu
26.03.2026 09:35
Cəmiyyət
Tanınmış tiktoker vəfat etdi - Foto
26.03.2026 09:34
Cəmiyyət
İran ABŞ-yə elə bir zərbə vurdu ki... - Bunu gözləmirdilər
25.03.2026 23:02
Cəmiyyət
İcra hakimiyyəti "Əsgərə pay” adı ilə şagirdlərdən yığılan bayram xonçalarını mənimsədi - Şok iddia
25.03.2026 20:33
Cəmiyyət
Kəmalə Günəşli "Atışmamış" mahnısını toyda oxudu - Video
25.03.2026 13:27
Cəmiyyət
"İranda hakimiyyət dəyişdi" - Dünyaya elan edildi
24.03.2026 23:59
Cəmiyyət
İrandan ABŞ-yə inanılmaz hədiyyə: Baxın verilən nə imiş
24.03.2026 23:50
Cəmiyyət
Kəraməti görüşə çağırdım, mənə dedi ki... - Mehman Əhmədlidən şok iddia
24.03.2026 22:53
Cəmiyyət
Türkiyə müharibəyə qoşulacaq? - Ərdoğan elan etdi
24.03.2026 22:18
Cəmiyyət