Şəhid qızına yüksək vəzifə verildi

26 Fevral 2026
69a09718e32bb202602265520
23

​Sumqayıt şəhər 8 nömrəli tam orta məktəbə yeni direktor təyin olunub.

Bu vəzifəyə Mehdiyeva Zaminə Bəhmən qızı təyin edilib. 

Zaminə Mehdiyeva ixtisasca biologiya müəllimidir və pedaqoji fəaliyyətinə 2015-ci ildən başlayıb.

Qeyd edək ki, Zamniə Mehdiyevanın babası Qubadlı rayonu Novlu kənd sovetinin sədri Mehdiyev Mehdi Qasım oğlu 1989-cu ildə ermənilər tərəfindən əsir götürülərək 4 aydan sonra vəhşicəsinə qətlə yetirilib və Qubadlının ilk şəhidlərindən biri olub.

Atası, tarix müəllimi Mehdiyev Bəhmən Mehdi oğlu atasının ölümündən sonra polis sıralarına qoşulmuş, könüllü olaraq torpaqlarımızın müdafiəsində iştirak edərək döş nişanı və medallarla təltif olunmuş, 26 oktyabr 1992-ci ildə Basarat kəndinin Topağac yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuş və ölümündən sonra “Vətən uğrunda” medalına layiq görülüb.

Zaminə Mehdiyevanın qardaşı hüquqşünas Mehdiyev Zamin Bəhmən oğlu Vətən müharibəsində yaralanmış, ”Cəbrayılın azad olunmasına görə”, ”Vətən müharibəsi iştirakçısı“ və “Vətən uğrunda“ medalları ilə təltif edilmişdir. / Unikal.az