Şəbnəmin ad günündə 170 min yığılmışdı, Aygündə baxın nə qədər oldu - Fantastik məbləğ

28 Yanvar 2026
6979c38096ebc202601260624
563

Xəbər verdiyimiz kimi, yanvarın 26-da Xalq Artisti Aygün Kazımovanın möhtəşəm ad günü məclisi keçirilib.

Ölkənin ən məşhur ulduzlarının iştirak etdiyi gecə bir çox cəhətdən bənzərsizliyi ilə yadda qalıb. Paytaxtın ən dəbdəbəli məkanlarından birində keçirilən tədbirdə şoular, sürprizlər və hədiyyələr ard-arda bir-birini əvəz edib.

Hər kəsin maraqla gözlədiyi məsələdə -məbləğdə isə rekord qeydə alınıb.

Azərbaycan 24-ün əldə etdiyi məlumata görə Aygün Kazımova ad günündə hədiyyələrlə birlikdə 450 min manatdan çox məbləğ qəbul edib.
Qeyd edək ki, bir müddət əvvəl Şəbnəm Tovuzlunun doğum günündə 173 min manat vəsait yığılmışdı.