Saleh Məmmədov dövlətin 1 milyardını talayıb - Görün ondan nə tələb edildi

02 Aprel 2026
69cea10224d64202604260154
583

Saleh Məmmədovun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri vəzifəsindən kənarlaşdırılmasından sonra bu qurumda aparılan maliyyə pozuntuları ağlasığmaz korrupsiyanı üzə çıxarıb.

Aparılan yoxlamaların nəticəsində son illərdə 1 milyard dövlət vəsaitinin talan olunması müəyyən olunub.

Bildirilir ki, Saleh Məmmədovun qarşısına bu vəsaiti geri qaytarmaq tələbi qoyulub:

“Əks təqdirdə, prosesin sonu Saleh Məmmədovun və ətrafının həbsi ilə nəticələnəcək”.

Məlumatda həmçinin o da qeyd olunur ki, Saleh Məmmədov vəziyyətin yumşaldılması üçün yeni maliyyə naziri Sahil Babayevlə görüşməyə cəhd etsə də, buna nail ola bilməyib.

Qeyd edək ki, 2026-cı il fevralın 6-da Prezident İlham Əliyevin sərəncamı ilə Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. / Gününsəsi.info