Şagird müəlliminə deyibmiş ki, mənim corabımın qiyməti sənin maaşından çoxdur!
07 Fevral 2026
6692
“Şəxsiyyətinə hörmət etdiyim, sözünə etimad göstərdiyim müəllimin birindən bir dəfə heç vaxt unuda bilməyəcəyim bir söz eşitmişdim. Bakı liseylərindən birində təhsil alan şagirdlərdən biri müəlliminə deyibmiş ki, mənim corabımın qiyməti, sənin maaşından çoxdur! Bəli, elə bu cür…
Uzun bir müddət bu cümlənin təsiri altında qalmışdım. Düşündüm ki, görəsən, o müəllimin sonrakı aqibəti necə olub? Qalıb davam edib, yoxsa birdəfəlik bu peşədən uzaqlaşıb?
Birincisi, müəllim cəmiyyətin əsas sütunlarından biridir. Müəllimin maaşı ilə kiminsə corabının qiymətini müqayisə etmək, əslində, biliyə, zəhmətə və əxlaqa hörmətsizlikdir. Bu, var-dövlətin insanın dəyərini müəyyən etdiyini düşünən səthi və təhlükəli düşüncə tərzinin göstəricisidir.
İkincisi, bu cümlə uşağın təkcə öz tərbiyəsini yox, onu yetişdirən mühitin də problemli olduğunun göstəricisidir. Çünki belə sözlər adətən ailədə, ətrafda, sosial mühitdə eşidilən yanlış üstünlük anlayışlarının təkrarı olur:
“pul = hörmət”, “bahalı = dəyərli”. Ən acınacaqlısı isə odur ki, burada alçaldılan bir müəllim yox, əslində gələcəyin özüdür. Bu isə uzunmüddətli perspektivdə cəmiyyətin intellektual və mənəvi kasıblığına aparır.
Məlum hadisədən sonra fikirləşdim ki, görəsən, o şagirdin də valideynləri “corabı bahalı”lardan imiş? …
Söhbət müəllimlərdən açılmışkən, gəlin, sizə illər öncə şahidi olduğum bir hadisədən danışım. İngilis dilindən hazırlığa gedirdim. Qrupda olan uşaqlardan birinin test kitabı yox idi.
Növbəti dərsdə müəllim təzə alınmış test kitabını gətirib stolun üzərinə qoydu. Dedi bu gün kim yaxşı cavab versə, bu kitab onun olacaq. Qrupda dörd nəfər idik, üçümüzün isə kitabı var idi. Artıq anlamışdıq ki, müəllimimiz onu utandırmamaq üçün kitabı bu yolla ona vermək istəyir. Həmin gün biz “yaxşı cavab verə bilmədik”, ….. isə test kitabını qazandı..Biz də o müəllimi qazandıq.????
Haqqında danışa biləcəyim o qədər dəyərli müəllimlərim var ki…
Mənfilərini unutmadığım, “müəllim olsam, heç vaxt belə müəllim olmayacağam” dediyim müəllimimiz də olub, əlbəttə…Bəlkə bir gün onun bullinqə məruz qoyduqlarından danışaram.
Amma bu gün…Bu gün yaxşı müəllimlərim keçib gözümün önündən. Bu gün onlar üçün darıxdığımı hiss etdim. İstər orta məktəbdə, istər universitetdə, istərsə də bu peşədə…Yoluma işıq saçan müəllimlərim çox olub. Onların sayəsində bu gün öz ayaqlarım üzərində daha möhkəm dayana bilirəm. Məktəb illərimin dəyərli müəllimlərini, universitet illərində qazandığım pedaqoqlarımızı birləşdirən isə ortaq bir cəhət var idi. Onlar bizi sevirdilər…Bəlkə də bizdən də çox, onlar bu müqəddəs peşəni sevirdilər.
Sonda…
Filankəsin oğlu, bəhmənkəsin nəvəsidir, ona heç nə olmaz deməyin. Nə nazirlərin, nə aparat rəhbərlərinin, qılıncının önünün-arxasının kəsdiyi kimlər, kimlər əməllərinə görə cəzalandırılıblar. O açılan atəşin də cavabı cəzasız qalmayacaq.
Allah övladlarımızın yolunu xeyirli insanlarla kəsişdirsin!”
Jalə Həsənli
DİGƏR XƏBƏRLƏR
DAHA ÇOX
Redaktor seçimi
Teymur Əmrah ailə qurmamasının səbəbini açıqladı
12.03.2026 00:19:00
Prezident nəvəsi ilə - Foto
05.02.2026 08:03:00
Zəhradan Mədət Quliyevdən boşanma iddialarına reaksiya - Foto
24.01.2026 09:02:00
Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ! - İlham Əliyev
22.01.2026 00:57:00
Xəbər Lenti
Saleh Məmmədov dövlətin 1 milyardını talayıb - Görün ondan nə tələb edildi
02.04.2026 21:01
Cəmiyyət
Samirə uzun aradan sonra görüntüləndi: Gözəlliyi ilə heyran etdi - Foto
02.04.2026 12:10
Cəmiyyət
Xalq artistinin qızı doğum anını paylaşdı - Video
31.03.2026 23:25
Cəmiyyət
Səyyad Aran “300-500 manat maaş məsələsinə” aydınlıq gətirdi: “Hamısı təxribatdır”
31.03.2026 12:17
Cəmiyyət
70 yaşlı Ağalarov 40 illik arvadından boşandı - Baxın neçə yaşlı xanımla evləndi - Foto
31.03.2026 09:19
Cəmiyyət
İran Türkiyəyə hücum etdi
30.03.2026 18:48
Cəmiyyət
Adil Kərimli Balayevin vida mərasimində niyə iştirak etməyib?
30.03.2026 16:05
Cəmiyyət
"Velizar"dan rekord: Canlı yayımı 100 mindən çox insan izlədi - Video
30.03.2026 12:35
Cəmiyyət
Ərinin xəyanətindən danışıb ağladı: Başqa qadınla özü tutubmuş - Video
29.03.2026 14:42
Cəmiyyət
Putin bu tanınmış azərbaycanlı ilə görüntülü danışdı
29.03.2026 14:34
Cəmiyyət