Şagird hadisədən əvvəl müəllimə baxın nə deyibmiş - Şok detallar üzə çıxdı
08 Fevral 2026
6772
Xəstəxanaya yerləşdirilən müəllimin isə artıq palataya köçürüldüyü və vəziyyətinin yaxşıya doğru getdiyi bildirilir.
Savashmedia.az-a hadisənin hansı səbəbdən baş verdiyi ilə bağlı məlumat daxil olub.
Mənbənin iddiasına görə, şagird müəllimi Şəhla Kamilova ilə xeyli vaxtdır, yola getmirmiş. Hətta aralarındakı narazılığa görə müəllimin şagirdin atasını məktəbə çağırdığı bildirilir. Şagird atasının məktəbə çağırılmasına görə Şəhla Kərimova ilə mübahisə edib və ondan bir daha atasına zəng etməməsini tələb edib. Müəllim isə şagirdinin tələbini rədd edib, onu qıcıqlandıracaq cavablar verib. Mənbə qeyd edir ki, şagird varlı və ziyalı ailəyə mənsubdur. Babası Ənvər Şirinov uzun illər Sumqayıtda ərəb-fars təmayüllü məktəbdə direktor vəzifəsində çalışıb. Atası Samir Şirinov Sumqayıt Şəhər Mənzil-Kommunal Təsərrüfat Birliyində rəis müavini vəzifəsində işləyib.
Vəzifədən azad edildikdən sonra Sumqayıtdan Bakıya köçüb. Hazırda biznes fəaliyyəti ilə məşğuldur. Bakıda və Sumqayıtda qızıl dükanları var. “Murad” şadlıq evi və “Çinar” restoranı da ailəyə məxsusdur. Mənbə şagirdin təhsili və təhsil planları ilə bağlı da məlumatlar verib. Bildirilir ki, şagird tərbiyəsi, əxlaqı, savadı və məsuliyyəti ilə törətdiyi əmələ görə gəlinən “harın” təsəvvüründən tamamilə uzaqdır. İngilis dilini öz ana dili kimi danışır, dəfələrlə olimpiadalarda qalib olub, təhsilin Avropa və ya Amerikada davam etdirməyə hazırlaşırmış.
DİGƏR XƏBƏRLƏR
DAHA ÇOX
Redaktor seçimi
Teymur Əmrah ailə qurmamasının səbəbini açıqladı
10.06.2026 00:19:00
Prezident nəvəsi ilə - Foto
05.02.2026 08:03:00
Zəhradan Mədət Quliyevdən boşanma iddialarına reaksiya - Foto
24.01.2026 09:02:00
Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ! - İlham Əliyev
22.01.2026 00:57:00
Xəbər Lenti
Məsciddə yığılan pullarla müğənnilərə qızıl alınıb - Şok iddia
12.09.2026 11:24
Maqazin
Ev, qızıl, paltar, səyahət istədikləri üçün 30-35 yaşlı kukla kimi, göyçək qızlar evdə qalıb
03.09.2026 14:10
Maqazin
Ərim işə gedəndə məni öpməsə... - Qumraldan etiraf
30.08.2026 00:53
Maqazin
Elşən Xəzər Azərbaycandan getdi - Bu ölkəyə köçdü
28.08.2026 11:14
Cəmiyyət
Niyam xaricdən meymun sifariş etdi
27.08.2026 01:18
Maqazin
600 maaş alanı nə edirəm, ayaqqabılarım elə 600 manatdır - Müğənnidə biabırçı sözlər
27.08.2026 00:57
Maqazin
Tanınmış müğənni həmkarının ərinə sevgi mesajı yazdı - Cütlük ayrıldı
27.08.2026 00:50
Maqazin
Tanınmış şəxslərin toya şortiklə gəlməsi tənqid edildi - Video
26.08.2026 12:34
Cəmiyyət
Şəbnəm Tovuzlu tanınmaz halda - Foto
26.08.2026 09:41
Maqazin
Ofelyanın ərinin önündə diz çökdüyü görüntülər müzakirə edildi - Video
25.08.2026 13:12
Maqazin