Rüfətin “Milyonların şousu”nda qazandığı ümumi məbləğ bəlli oldu

15 Mart 2026
69b663cf9fec9202603264623
332

Meyxanaçı Rüfət Nasosnu “Milyonların şousu”nun iştirakçısı olub.

Metbuat.az xəbər verir ki, o, əvvəlki buraxılışda yarımçıq qalan oyununu davam etdirib. 13-cü sualda dayanmaq qərarı verən Rüfət Nasosnu verilişi 8 min manat uduşla tərk edib.

Qeyd edək ki, meyxanaçı martın 7-də yayımlanan buraxılışda 10 suala düzgün cavab verərək 3 min manat qazanmış, lakin vaxtın başa çatması səbəbindən oyun yarımçıq qalmışdı.