Rüfət Nasosnunun verilişi də bağlandı

09 Mart 2026
69af2709a62c5202603260113
135
Meyxanaçı Rüfət Kərimovun aparıcılığı ilə efirə gedən “Evdən-evə” verilişinin yayımı dayandırılıb.
“Xəbərsiz”in əldə etdiyi məlumata görə, proqramın efir saatını yaxın günlərdə başqa veriliş əvəz edəcək.
Mövzu ilə bağlı meyxanaçı Rüfət Kərimovla əlaqə saxladıq.
O, redaksiyamıza açıqlamasında verilişin yayımının dayandırıldığını təsdiqləyib.
Meyxanaçı bildirib ki, yaxın günlərdə fərqli formatda yeni bir layihə ilə tamaşaçıların qarşısına çıxması da mümkündür. Onun sözlərinə görə, verilişlə bağlı yekun qərarın sabah veriləcəyi gözlənilir.