Rəisinin olduğu helikopter qəzası ilə bağlı şok detallar - Sakinlər hadisə zamanı nə görüblər? - VİDEO

Bu barədə "MOUZE" teleqram kanalı yerli sakinlərə istinadən məlumat yayıb. 

"Yerli sakinlər adətən bu əraziyə getmirlər, çünki bu ərazi uzaqdır, orada ayılar yaşayır və çox soyuqdur".

"Rəisini daşıyan helikopterin qəzaya uğradığı yer Vanistan və Sarı Çaman kəndləri arasındadır". / News24.az

*** 

İran Prezident Seyid İbrahim Rəisini daşıyan helikopter Uzi və Pir Davud kəndləri arasındakı Dizmar meşə sahəsində qəzaya uğrayıb.

Bu barədə əraziyə yaxın kəndlərdə yaşayan hadisə şahidləri məlumat veriblər

Onlar bildiriblər ki, qəzadan bir saat əvvəl ərazidən səslər eşidiblər.

Qəza bölgəsinə PUA və axtarış-xilasetmə itləri də daxil olmaqla 20-dən çox yardım qrupu göndərilib.

Axtarış işlərinə kömək etmək üçün bölgəyə silahlı qüvvələrdən xüsusi təyinatlılar da göndərilib.

Əlverişsiz hava şəraiti səbəbindən xilasetmə işlərinin vaxt apara biləcəyi bildirilib. / Publika.az

***

İran Prezidenti İbrahim Rəisi və onu müşayət edən şəxsləri daşıyan helikopter Uzi və Pir Davud kəndləri arasındakı Dizmar meşəsinə qəza enişi edib.

Bu barədə İranın IRNA Agentliyi qəza yerinin ətrafındakı kəndlərin sakinlərinə istinadən məlumat yayıb.

Sakinlər deyiblər ki, onlar qəzadan bir saat əvvəl səslər eşidiblər.

Əraziyə pilotsuz uçuş aparatları və axtarış itləri də daxil olmaqla, tam avadanlıqla təchiz olunmuş 20-dən çox xilasetmə qrupu göndərilib.

Onlarla yanaşı, ərazidə axtarış əməliyyatlarına kömək etmək üçün silahlı qüvvələrin gözətçi qrupları və xüsusi təyinatlıları da iştirak edir.

Ərazinin mürəkkəbliyi, eləcə də əlverişsiz hava şəraiti, xüsusən də ərazidə qatı duman olması səbəbindən axtarış-xilasetmə işləri çətinləşib. / Metbuat.az

"Mehr" agentliyi prezidentin olduğu helikopterin dağlıq ərazidə sərt eniş etməsindən bir saat əvvəl uçuşunun videosunu yayıb.