"Real"dan Ardanın mövqeyinə 120 milyonluq transfer

11 Fevral 2026
698c55fd9de40202602261213
555

"Real Madrid" PSJ-nin futbolçusu Vitinyanın xidmətində maraqlıdır.

“Real” futbolçunun transferi üçün 120 milyon büdcə ayırıb. Məlumata görə, bu transfer İspaniya nəhəngi üçün asan başa gəlməyəcək. Bildirilir ki, futbolçunun PSJ ilə 2029-cu ilə qədər müqaviləsi var. PSJ futbolçunu satmaqda maraqlı olmaya bilər.

Qeyd edək ki, portuqaliyalı yarımmüdafiəçi Vitinya bu mövsüm PSJ-nin heyətində 32 oyunda 6 dəfə fərqlənib və 10 məhsuldar ötürmə edib. / Metbuat.az