"Rayondan gələn tələbə qızlar əxlaqsızlıq edir" dedi cəza aldı: Deputatdan çağırış
11 Yanvar 2026
2072
Millət vəkil Fazil Mustafa aparıcı Amil Xəlilin çıxışına görə “Space TV”-nin yayımının 3 saatlıq dayandırılmasını yanış qərar adlandırıb.
u barədə deputat sosial şəbəkələrdə yazıb. O, aparıcını müdafiə edərək, A.Xəlilin çıxışını “cəsarətli” adlandırıb:
“Audiovizual Şurası dekabrın 25-i “Space TV”də yayımlanan “Gəl, danış!” proqramında aparıcının çıxışına görə (“Media haqqında” Qanunun 14.1.4-cü maddəsinin tələbləri pozulduğundan) yanvarın 14-ü saat 12:00-dan saat 15:00-dək yayımının 3 saatlıq dayandırılması barədə qərar verib.
Tamamilə yanlış qərardır. Şəxsən tanımasam da, verilşlərindən istedadını və cəfakeşliyini qiymətləndirdiyim Amil Xəlil ictimai əxlaqın qorunması istəqamətində cəsartəli fikir söyləyib, şəxsən kimisə hədəfə almayıb və tövsiyyəsi də sağlam məntiqə dayanır. Cəmiyyətdə baş verən əxlaqi deqradasiyanı jurnalistin dilə gətirməsinə qarşı bu cür addımlar zərərlidir. O halda kim danışacaq bu neqativləri, kim insanlara doğru fikirləri aşılayacaq?
Söyüş söyməyib, təhqir etməyib, mədəni üslubda fikir söyləyib, buna görə televiziyanın və jurnalistin hədəfə alınmasını yanlış hesab edirəm”, - deyə deputat bildirib.
Qeyd edək ki, aparıcı sözügedən televiziya verilişində bölgələrdən gələrək paytaxtda yerləşən universitetlərdə təhsil alan tələbələrin, xüsusilə bəzi qızların əxlaqsızlıq etdiyini bildirib.
Aparıcı efir vasitəsilə valideynlərə çağırış edərək övladlarını bölgələrdəki özlərinə yaxın ali təhsil müəssisələrinə yerləşdirilməsini təklif edib:
“Bu yaxınlarda şəhərdə idim, elə biabırçılıqlar, elə oyunlar görürəm ki... Valideynlər mal-qara saxlayıb, zülm çəkirlər. Bunu edənlərin 99 faizi tələbələrdir. Əgər Astaradansansa, qızını qoy Lənkəran Dövlət Universitetinə, Tovuz və Qazaxdasansa, qızını Gəncə Dövlət Universitetinə qoy, Yevlaxdasansa qızını Mingəçevir Dövlət Universitetinə qoy. Qızını nəyə Bakıya göndərirsiz?!”, deyə aparıcı deyib. / Olkə.az
DİGƏR XƏBƏRLƏR
DAHA ÇOX
Redaktor seçimi
Teymur Əmrah ailə qurmamasının səbəbini açıqladı
12.03.2026 00:19:00
Prezident nəvəsi ilə - Foto
05.02.2026 08:03:00
Zəhradan Mədət Quliyevdən boşanma iddialarına reaksiya - Foto
24.01.2026 09:02:00
Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ! - İlham Əliyev
22.01.2026 00:57:00
Xəbər Lenti
Bələdiyyə sədri 21 yaşlı qızla tutuldu - VİDEO
27.03.2026 19:12
Cəmiyyət
Kəmalə "Atışmamış" barədə tənqidlərə baxın necə cavab verdi
27.03.2026 14:34
Cəmiyyət
Kəmalə Günəşlinin bu əmələ görə həbsi tələb edilir - Foto
26.03.2026 14:45
Cəmiyyət
Kəmalə Günəşlinin çox gözəl səsi var - Aparıcının sözləri müzakirələrə səbəb oldu
26.03.2026 09:35
Cəmiyyət
Tanınmış tiktoker vəfat etdi - Foto
26.03.2026 09:34
Cəmiyyət
İran ABŞ-yə elə bir zərbə vurdu ki... - Bunu gözləmirdilər
25.03.2026 23:02
Cəmiyyət
İcra hakimiyyəti "Əsgərə pay” adı ilə şagirdlərdən yığılan bayram xonçalarını mənimsədi - Şok iddia
25.03.2026 20:33
Cəmiyyət
Kəmalə Günəşli "Atışmamış" mahnısını toyda oxudu - Video
25.03.2026 13:27
Cəmiyyət
"İranda hakimiyyət dəyişdi" - Dünyaya elan edildi
24.03.2026 23:59
Cəmiyyət
İrandan ABŞ-yə inanılmaz hədiyyə: Baxın verilən nə imiş
24.03.2026 23:50
Cəmiyyət