"Rayondan gələn tələbə qızlar əxlaqsızlıq edir" dedi cəza aldı: Deputatdan çağırış
11 Yanvar 2026
2051
Millət vəkil Fazil Mustafa aparıcı Amil Xəlilin çıxışına görə “Space TV”-nin yayımının 3 saatlıq dayandırılmasını yanış qərar adlandırıb.
u barədə deputat sosial şəbəkələrdə yazıb. O, aparıcını müdafiə edərək, A.Xəlilin çıxışını “cəsarətli” adlandırıb:
“Audiovizual Şurası dekabrın 25-i “Space TV”də yayımlanan “Gəl, danış!” proqramında aparıcının çıxışına görə (“Media haqqında” Qanunun 14.1.4-cü maddəsinin tələbləri pozulduğundan) yanvarın 14-ü saat 12:00-dan saat 15:00-dək yayımının 3 saatlıq dayandırılması barədə qərar verib.
Tamamilə yanlış qərardır. Şəxsən tanımasam da, verilşlərindən istedadını və cəfakeşliyini qiymətləndirdiyim Amil Xəlil ictimai əxlaqın qorunması istəqamətində cəsartəli fikir söyləyib, şəxsən kimisə hədəfə almayıb və tövsiyyəsi də sağlam məntiqə dayanır. Cəmiyyətdə baş verən əxlaqi deqradasiyanı jurnalistin dilə gətirməsinə qarşı bu cür addımlar zərərlidir. O halda kim danışacaq bu neqativləri, kim insanlara doğru fikirləri aşılayacaq?
Söyüş söyməyib, təhqir etməyib, mədəni üslubda fikir söyləyib, buna görə televiziyanın və jurnalistin hədəfə alınmasını yanlış hesab edirəm”, - deyə deputat bildirib.
Qeyd edək ki, aparıcı sözügedən televiziya verilişində bölgələrdən gələrək paytaxtda yerləşən universitetlərdə təhsil alan tələbələrin, xüsusilə bəzi qızların əxlaqsızlıq etdiyini bildirib.
Aparıcı efir vasitəsilə valideynlərə çağırış edərək övladlarını bölgələrdəki özlərinə yaxın ali təhsil müəssisələrinə yerləşdirilməsini təklif edib:
“Bu yaxınlarda şəhərdə idim, elə biabırçılıqlar, elə oyunlar görürəm ki... Valideynlər mal-qara saxlayıb, zülm çəkirlər. Bunu edənlərin 99 faizi tələbələrdir. Əgər Astaradansansa, qızını qoy Lənkəran Dövlət Universitetinə, Tovuz və Qazaxdasansa, qızını Gəncə Dövlət Universitetinə qoy, Yevlaxdasansa qızını Mingəçevir Dövlət Universitetinə qoy. Qızını nəyə Bakıya göndərirsiz?!”, deyə aparıcı deyib. / Olkə.az
DİGƏR XƏBƏRLƏR
DAHA ÇOX
Redaktor seçimi
Prezident nəvəsi ilə - Foto
05.02.2026 08:03:00
Zəhradan Mədət Quliyevdən boşanma iddialarına reaksiya - Foto
24.01.2026 09:02:00
Teymur Əmrah ailə qurmamasının səbəbini açıqladı
24.01.2026 00:19:00
Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ! - İlham Əliyev
22.01.2026 00:57:00
Xəbər Lenti
Vəfa Şərifova evli şəxslə ailə qurub? - Özünə toy edib
09.02.2026 12:12
Cəmiyyət
"Öyrəşmisiniz dodağı böyük, makiyajlı qızlara" - Gülarə İsgəndərova
09.02.2026 00:59
Cəmiyyət
"İdrak"da şagirdlər də bıçaqlanıbmış - Gizlədilən şok hadisənin üstü açıldı
08.02.2026 23:45
Cəmiyyət
Şagird hadisədən əvvəl müəllimə baxın nə deyibmiş - Şok detallar üzə çıxdı
08.02.2026 17:24
Cəmiyyət
Tanınmış aparıcı barəsində yayılan xoş olmayan iddialara belə reaksiya verdi - Foto
08.02.2026 17:02
Cəmiyyət
Şagird xaricdən tapşırıq alıb? - Lisey rəhbərindən açıqlama
08.02.2026 14:53
Cəmiyyət
Həmin şagirdin paylaşımları diqqət çəkdi - Foto
08.02.2026 14:42
Cəmiyyət
Gecə 3-də canlı açdı, etik olmayan suala əsəbləşdi - Video
08.02.2026 10:43
Cəmiyyət
Müəlliməni üzr istədəcəklər deyə narahatam - Şok sözlər
08.02.2026 10:34
Cəmiyyət
Boşanma iddialarından sonra İcra başçısı bunu etdi - Foto
08.02.2026 10:10
Cəmiyyət