Qurban Qurbanov tarixi uğurdan danışdı - "Qarabağ" buna layiq idi

29 Yanvar 2026
697a90172c123202601263919
104

"Qarabağ" komandası UEFA Çempionlar Liqasında pley-offa yüksəlməyi haqq edirdilər.

"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Mütəxəssis səfərdə "Liverpul"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun qarşılaşması ilə bağlı fikirlərini bölüşüb:

"Bu cür hesabla məğlub olmaq istəməzdik, təəssüf hissi keçiririk. Lakin futbolçularımı təbrik edirəm. Keçirdiyimiz 8 oyunda çox risklər aldıq və çətin oyunlar keçirdik. Komandamız pley-off mərhələsinə yüksəlməyi haqq edirdilər. Bu matçda daha yaxşı çıxış edə bilərdik. Bu bizim oyunumuz deyil. Layiqli şəkildə əsas mərhələnin ilk "24-lüy"nə düşdük. Azərbaycan xalıqını təbrik edirəm".

Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə bitib. Çempionlar Liqasının əsas mərhələsini 10 xalla 22-ci sırada bitirən "köhlən atlar" tarixində ilk dəfə pley-off mərhələsinə yüksəlib. / Report